main-post-cover

    CNN xəbər agentliyi məşhur Youtuberi 25 milyon dollara transfer etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Xarici ölkələrdə istər blogerlik, istərsə də vlog hazırlayan şəxslər yetərincə tanınırlar. Hətta onların yazdıqları və çəkdikləri milyonlarca insan tərəfindən izlənir. Bu baxımdan Youtube-da vloq hazırlayan çoxlu sayda insan mövcuddur. Bunlardan biri də ABŞ-da yaşayan Youtuber Casey Neistatdır. Belə ki, tanınmış Youtuber qısa zaman öncə 25 milyon dollar müqabilində CNN media şirkətində fəaliyyətə başlayıb.

    Hər zaman gündəmi izləyicilərə tam zamanında təqdim edən CNN, Casey Neistatın sahib olduğu bir yayım tətbiqini 25 milyon dollara alaraq tətbiqin fəaliyyətini dayandırıb. Bundan əlavə Casey və onun komandası artıq CNN şirkətinin tərkibində fəaliyyət göstərəcək. Tətbiqin qurucularında biri olan Matt Hackett də artıq CNN-in tərkibində yer alacaq.
    Bildiyiniz kimi CNN əsasən ciddi xəbər agentliyi olaraq tanınır. Amma CNN-in Casey və Matt-ı öz daxilinə transfer etməsi gələcəkdə şirkətin xəbər agentliyindən daha fərqli aspektlərdə fəaliyyət göstərəcəyinə işarə edir. Hətta iddialara görə CNN bu transferlə əyləncəli yayıma üstünlük verən şirkət qurmaq niyyətindədir. Vəziyyət belə olduqda Casey Youtuber olaraq fəaliyyətini saxlaya bilər.
    Linki kopyala