CNN xəbər agentliyi rus hackerləri haqda video yerinə oyun göstərdi

242

CNN, rus hackerlərin Amerikaya kiber hücumu ilə bağlı video yayımlayıb. Amma sonradan bu videonun bir oyuna aid olduğu ortaya çıxıb

CNN, rus hackerlər haqda məlumat paylaşarkən ciddi səhvə yol verib. 30dekabrda yayımlanan videonun əslində hack ilə heç bir əlaqəsi olmadığı, videonun Fallout 4 oyununa aid olduğu ortaya çıxıb.

Bu haqda məlumat ilk olaraq Reddit-də bir istifadəçi tərəfindən paylaşılıb. Həmin şəxs bunun Fallout 4-də yer alan oyunun bir hissəsinə aid görüntü olduğunu vurğulayıb. Bu videonun diqqət toplamasının bir digər səbəbi Rusiyanın, Amerikanın prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı görüntülər olması iddiasıdır.


CNN-in ciddi bir xəbər agentliyi olaraq belə əsassız video paylaşması istifadəçilərin etirazına səbəb olub.

Xatırladaq ki, CNN belə problemlə qarşılaşan ilk böyük telekanal deyil. Daha əvvəllər başqa bir tanınmış xəbər agentliyi BMT simvolu yerinə Halo-nun UNSC simvolunu səhvən istifadə edərək müzakirələrə səbəb olmuşdu.