Coca Cola-dan indiyə qədər istehsal edilmiş ən sağlıqlı kola

1196

Coca Cola, Yaponiyada bilinməyən bir səbəbdən sürətlə düşən kola istifadəsi üçün araşdırma edərkən problemli mövzunun sağlamlıq olduğunu başa düşəndə yeni bir şeylər hazırlamağa başlayıb.

Xüsusilə Zero Light kolaya çox da güvənməyənlər üçün iddialı bir formada "indiyə qədər istehsal edilimiş ən sağlıqlı kola” deyərək yeni məhsulu Coca Cola Plus-u satışa çıxardı.

Yeni hazırlanan Coca Cola Plus, tərkibindəki yüksək lif nisbəti ilə sağlıqlı bir içki olaraq irəli çıxır. Dünya üzrə standart qəbul edilən Amerika Qida və Dərman İdarəsi - FDA tərəfindən təsdiq alan bu içki Yaponiya hökümətindən "Tokuho” yəni "sağlıqlı qida” etiketi almaq üçün də müraciət edib.

Coca Cola vəzifəliləri 27 Martda rəflərdəki yerini alacaq bu məhsuldan gündə 1 şüşə istifadə edilməsini tövsiyyə edirlər. Yaponiyada bu məhsul 1.40 dollardansatışa çıxacaq.


ABŞ-da birbirindən fərqli bir çox Coca Cola növü mövcud ikən Azərbaycanda çox da maraq olmadığına görə bu məhsullar Azərbaycanda satışa çıxarılmır. Coca Cola Plus-un Azərbaycanda satılıb satılmayacağını isə zaman göstərəcək.