main-post-cover

    Comic-con 2016 sərgisində çıxacaq filmlərin yeni və ilk trailerləri təqdim olunub

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hal-hazırda ABŞ-ın San-Diego şəhərində keçirilən Comic-con 2016 sərgisində hamı tərəfindən ən çox gözlənilən filmlərin yeni və ilk trailerləri təqdim olunub. Həmin trailerləri sizlərə təqdim edirik.
    "Kong: Skull Island"
    Hadisələr 20-ci əsrin 70-ci illərində cərəyan edir. Filmin baş qəhrəmanı Skull Island adlı sirlərlə dolu yerə ekspedisiya təşkil edir. Skull Island-a gələn insanlar dəhşətli və sözün əsl mənasında böyük canlılar ilə qarşılaşırlar. Lakin onlar hələki ən böyük təhlükədən xəbərsizdirlər. Rejissoru Jordan Vogt-Roberts olan filmdə baş rolları Tom Hiddleston, Brie Larson, Samuel L. Jackson, John Goodman, Toby Kebbel və digərləri canlandırıblar. "Kong: Skull Island” filminin premyerası 2017-ci ilin mart ayında baş tutacaq.
    "King Arthur: The Legend of Sword"
    Filmin süjet xətti cavan Arthur-un ətrafında cərəyan edir. O özünün keçmişi barəsində maraqlanmayaraq dəstəsi ilə birlikdə zaman keçirdir. Lakin bu onun sehrli qılınc Excalibur ilə tanışlığına kimi davam edir. Bu tanışlıqdan sonra Arthur tamamilə dəyişir. O müqavimət hərəkatına qoşularaq onun ailəsini öldürmüş və hakimiyyəti ələ keçirmiş Vortigern-i məhv etmək üçün insanları ətrafına yığır. Rejissoru Guy Ritchie olan filmdə baş rolları Charlie Hunnam, Jude Law, Aiden Gillen, Annabelle Wallis, Katie McGrath və digərləri canlandırıblar. "King Arthur: Legend of the Sword” filminin premyerası 2017-ci ilin mart ayında baş tutacaq.
    "Doctor Strange"
    Stephen Strange öz işini sevən yaxşı həkimlərdən biri idi. Lakin günlərin birində baş vermiş avtomobil qəzası nəticəsində o öz əllərinin hissiyatını itirərək sevdiyi işdən məhrum olur. Ruh sakitliyi və özünün əsl yolunu tapmaq üçün Strange uzun səyahətə yollanır. Bir neçə ildən sonra isə o Yer kürəsinin ən güclü sehrbazlarından birinə çevrilir. Rejissoru Scott Derrickson olan filmdə baş rolları Benedict Cumberbatch, Rachel McAdams, Chiwetel Ejiofor, Tilda Swinton, Mads Mikkelsen, Benedict Wong və digərləri canlandırıblar. "Doctor Strange” filminin premyerası bu ilin noyabr ayında baş tutacaq.
    "Fantastic Beasts and Where to Find Them"
     
    Filmdə hadisələr Nyu-Yorkun sehrbazlar cəmiyyətində çalışan yazıçı Newt Scamander-in ətrafında cərəyan edəcək. Onun yazdığı kitabı isə Harry Potter və dostları 70 ildən sonra Hogwarts məktəbində öyrənəcəklər. Yəni filmdə hadisələr "Harry Potter” film seriyasındakı hadisələrdən 70 il öncəki vaxtı əhatə edəcək. Rejissoru David Yates olan filmdə baş rolları Eddie Redmayne, Ezra Miller, Colin Farrel, Ron Perlman, John Voight, Samantha Morton və digərləri canlandırıblar. "Fantastic Beasts and Where to Find Them” filminin premyerası bu ilin noyabr ayında baş tutacaq.
     
    Linki kopyala