Contana, səsli asistantına yeni funksiya əlavə olunub

60

Bir çox texnologiya şirkətləri öz səsli asistantlarını istifadəçilərə təqdim etməkdədir. Belə asistantlardan biri də Contana-dır. Səsli asistantların artması şirkətlər arasında rəqabəti də artırmaqdadır. Artıq Android üçün Contana adlandırılan səsli asistanta bəzi əlavələr olunub. Belə yeniliklərdən biri də səsli asistantın ad gün təbriklərini istifadəçiyə xatırlatmasıdır.


Android üçün digər mühüm dəyişiklik Cortana-nın çoxlu sayda təqvimə qoşulma imkanının olmasıdır. Belə olduqda istifadəçi təyin etdiyi görüş və tədbirləri yaddan çıxarmır. Contana-nın sizin planladığınız günlük işlərdən xəbərdar olması sizin işinizi daha da asanlaşdıracaq.