Çox güman ki səhv istifadə etdiyiniz 9 sosial media emosiyası

4540

Bir görüntü 1000 sözə bədəl olduğu və bizlər də daha az zamanda daha çox şey deməyi sevdiyimiz üçün internet üzərindəki əlaqələrimizdə tez-tez şəkillərdən istifadə etməyi sevirik.

Onlayn mesajlaşmalarımızda hisslərimizi qarşı tərəfə sadəcə sözlər vasitəsilə bildirmənin çətinliyi də buna əlavə edilincə, şəkillər yerlərini daha praktiki olan işarələrə (bundan sonra emosiya) təhvil verdilər.

Bu məqsədlə gülümsəməni ifadə etməsi üçün ortaya çıxan J emosiyası o qədər məşhur oldu ki, zamanla hisslərimizi ifadə edən bir çox oxşar emosiya istifadə edilməyə başlandı. Lakin bəzi işarələr tam olaraq xəyal etdiyimiz mənaların qarşılığı deyil. Bu yazımızda çox gümanki sizin də səhv istifadə etdiyiniz emosiyalar barədə danışacağıq.

Quyruqlu Ulduz


Təsiredici görüntüsü səbəbi ilə əsasən quyruqlu ulduz və bu səbəbdən dilək tutmağı yada salır. Yaxşı şans diləmək üçün də istifadə edildiyi olur. Amma əslində cizgi filmlərindən aşina olduğumuz bir baş gicəllənməsi vəziyyətini ifadə edir. 

Dovşan qulaqlı rəqs edən qızlar


Adətən xoşbəxtlik və ya qız-qıza əylənmək mənasında istifadə edilir. Lakin bu emosiya xüsusilə uzaq şərq üçün, dovşan qızlar və bənzər cosplay kostyumları ifadə etmək üçün hazırlanıb.

Dua edən əllər

 

Nə zaman bir fəlakət olsa və ya birinin köməyə ya da dəstəyə ehtiyacı olsa digərləri dəstəklərini bu emosiya ilə göstərirlər. Lakin əslində bu emosiya qarşısındakı şəxsdən üzr istəmək və ya minnətdarlığını ifadə etmək üçün ortaya çıxıb.

Əllər başın üstündə


Bu emosiya əsasən iki fərqli şeyi ifadə etmək üçün istifadə edilir. Bunlardan ilki böyük bir təəccüb və ya heyrətlənməkdir. İkinci olaraqsa əllərin yuxarıda birləşməsi bir çox istifadəçi tərəfindən baletə oxşadılır. Amma əslində bu emosiyanın ortaya çıxma səbəbi OK yəni Yaxşı mənasına gələn bir işarədir.

Açıq əllər


Bu əsasən istifadəçilərin bir şeyi rədd etdiklərində istifadə etdikləri bir emosiya olsa da, əslində qucaqlamaq mənasında hazırlanıb. 

Yatan adam


Yerdə yatan bir adama oxşayan bu emosiya istifadəçilərin düşüncəli olduqlarında istifadə etdikləri bir emosiyadır. Amma əslində bu birindən üzr istəmək və ya birinə hörmət göstərmək məqsədi ilə ortaya çıxan bir emosiyadır.

Tərləyən üz


Alnından bir damla tər damlayan bu emosiya ya çox işləmək, həddindən çox fiziki yorğunluq ya da kədər mənasında istifadə edilir. Amma əslində bu stress və problem dolu bir vəziyyəti ifadə etmək üçün yaradılıb. 

Əli havada qadın

 

Bir əlini "məzələnirmiş” kimi havaya qaldırmış olan bir qadını göstərən bu emosiya adətən "səndən daha yaxşıyam” demək və ya deyilən bir sözü ciddiyə almamaq mənasında istifadə edilir. Amma əslində "sizə necə kömək edə bilərəm” deyən bir xidməti personalı ifadə edir.

Kədərli üz


Gözündən damlayan bir damla göz yaşı ilə kədərli, hətta ağlayan birini göstərdiyini düşündüyünüz bu emosiya əslində yuxusu gəlmək mənasını daşıyır.