main-post-cover

    Çoxdan gözlənilən Whatsapp yeniliyi yayımlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Müəyyən müddət əvvəl Android platformalarına gələn WhatsApp yenilənməsi artıq iOS platformasında da yerini alıb. Bundan əlavə bir çox yeniliklər də istifadəyə verilib

     iOS 10 ilə birlikdə iMessage-ə gələn bir sıra yeniliklər WhatsApp-da da özünü biruzə verməyə başlayıb.
    İstifadəçilər tərəfindən uzun müddətdir gözlənən yenilənmə nəhayət iOS platformasına da gəldi.

    Şəkil və videoları xüsusiləşdirə biləcəksiniz


    Artıq çəkdiyiniz fotolara və videolara yazı yaza, şəkil çəkə və emoji əlavə edəcəksiniz.
    Tərkibində müxtəlif yazı fontları və şəkil çəkmək üçün fırça tipləri olan tətbiqi App Store-dan endirə bilərsiniz. Bundan əlavə iMessage-ın sahib olduğu effektli mesaj göndərmə variantları sonrasında Whatsapp, Snapchat-da  gördüyümüz dizayn xüsusiyyətlərini proqrama daşınıb.

    Qruplara dəvət etmək daha asandır

    Artıq qrup idarəçiləri, tətbiq üzərindən qrupa qatılmaq istəyən şəxslər üçün link paylaşaraq, prosesi daha da asanlaşdıra biləcəklər. Beləliklə, əvvəllər olduğu kimi telefon nömrəsi paylaşma, kontakta əlavə etmə və sonra da qrupa əlavə etmə kimi uzun yollar keçmək məcburiyyətindən canınız qurtaracaq.
    Linki kopyala