main-post-cover

    Davosdakı çıxışında Jack Ma, kiçik sahibkarlar barədə maraqlı təklif irəli sürdü

    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas

    "Alibaba Group”un təsisçisi Jack Ma, Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumda çıxışı zamanı maraqlı təklif edib.

    Belə ki, Jack, kiçik biznes və sahibkarlar üçün Ümumdünya Ticarət Təşkilatının (WTO) analoqu ola biləcək Beynəlxalq Ticarət Platformasının (EWTP) yaradılmasını təklif edib. Onun fikrincə WTO maraqlı təşkilat olsa da o ilk öncə inkişaf etmiş ölkələr və böyük şirkətlər üçün yaradılmışdır. O bildirib ki, kiçik biznes bu birləşmədən heç bir fayda ala bilmir. "Cavan insanları, kiçik sahibkarları dəstəkləmək üçün biz EWTP-nin yaradılmasını təklif edirik. Beləliklə onlar smartfondan, internetdən istifadə edərək dövlət sərhədlərindən asılı vəziyyətdə qalmayaraq məhsulları ala və ya sata bilərlər” – deyə Jack Ma öz çıxışında bildirib. O bu təklifini onunla izah edir ki, WTO-ya daxil olan 200 ölkənin rəhbərliyi çətinki ortaq məxrəcə gələ bilsin. Onun fikrincə biznes, kiçik sahibkarların vasitəsilə yaradılmalıdır. O inanır ki, EWTP, sahibkarlara, lazım olanı müzakirə edib ortaq məxrəcə gələndən sonra dövlət dəstəyinin alınmasına şərait yarada bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər