main-post-cover

    Dayanacaq cərimələri üzrə məsələləri həll edən robot

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Stenford Universitetinin tələbəsi Joshua Browder avtomobil dayanacaqları cərimələrinə etiraz edən DoNotPay adlı servisi yaradıb. Sözügedən layihədə süni zəka 4 milyon dollar dəyərində olan işlər üzrə qalib olub. Vəkil robot adi süni zəka əsasında çalışır. O istifadəçilər ilə çat vasitəsilə əlaqə saxlayır. Bot cərimə haqqında lazımi sualları verib işin udma ehtimalını analiz edir. Analizdən sonra bot istifadəçiyə növbəti qərarlar haqqında lazımi məlumatı verir. DoNotPay servisi artıq 21 aydır ki, çalışır. Bu müddət ərzində hüquqşünas robot 250.000 işdən 160.000-də qalib olub. Beləliklə o 4 milyon dollar dəyərindəki cərimələri geri qaytarıb. Hal-hazırda servis yalnız London və Nyu-York-da aktivdir. Lakin Joshua şəhərlərin siyahısını artırmağı planlaşdırır. Bundan əlavə olaraq o vəkil robotun səlahiyyət sahəsini genişləndirmək istəyir. DoNotPay servisi ilə yanaşı Joshua hüquqi məsələlərin həlli üçün hər bir şəxsin öz özəl botunu yarada biləcəyi yeni platforma hazırlayır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər