Delfinlər haqqında inanılmaz və maraqlı yeni fakt ortaya çıxıb

306

Florida ştatından olan amerikalı alimlər müəyyən ediblər ki, delfinlər bir-birilərini adları ilə çağırırlar.

Təbii ki, həmin adlar adi insan adına deyil, daha çox fit səsinə bənzəyirlər. Dəstənin hər bir üzvünün isə özünəməxsus unikal səs siqnalı var. "Technote.az"ın "Mir24.tv"ə istinadən verdiyi xəbərə əsasən tədqiqatçılar su məməlilərinin davranışlarını müşahidə edərək onların çıxardıqları hər bir səsi yazıblar. Məlum olub ki, hər bir fərd öz unikal səs siqnalına dəstənin digər üzvündən müraciət edən delfinə həmin səs siqnalı vasitəsilə cavab verir. Alimlər güman edirlər ki, delfinlər dünyaya gəldikləri zaman anaları tərəfindən verilmiş adlara sahibdirlər. Dişi delfin öz bala delfinlərinə müxtəlif siqnalların köməkliyi ilə adlar təyin edir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə alimlər müəyyən etmişdilər ki, delfin və balinalar kimi su məməliləri öz növünün digər nümayəndəsinə qarşı əzab çəkə və dərdinə şərik ola bilirlər. Məsələn sözügedən heyvanlar ölmüş üzvlərinin meyidlərindən ayrılmaq istəmirdilər.