Dəri, qızıl və almaz örtüklü, 360 dərəcəlik videoçəkiliş edə bilən telefon: Darling
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
360 dərəcəlik videoçəkiliş edən ilk mobil telefon.
Çinli
"Protruly”
adlı firma tərəfindən istehsal edilən və 360 dərəcəlik çəkiliş edə bilən Darling, "Dünyanın ilk 360 dərəcəlik videoçəkiliş edə bilən telefonu"
olaraq bazara çıxacaq. Son dövrdə sürətlə artan virtual reallıq dünyası üçün
lazım olan ilk xüsusiyyətlərdən biri olan 360 dərəcəlik videolar üçün müxtəlif kameralar mövcuddur. Bunu ilk dəfə telefon
ictimaiyyətinə daşıyan Çinli "Protruly” adlı firma, MWC 2017 -də təqdim etdiyi
Darling adındakı telefonu ilə birbaşa
olaraq cihazınızdan VR videolar çəkə bilməyinizə imkan tanıyır. Texniki
xüsusiyyətlər baxımından 5.5 inç FHD Super AMOLED ekran, MediaTek Helio X20
prosessor, 4 GB RAM, 64 GB daxili yaddaş sahəsi və 3560 mAh batareyaya sahib
olan Protruly Darling, Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışacaq. Facebook və YouTube üzərindən 360 dərəcəlik canlı
yayım edə bilən bu canavar, USB Type C, WiFi a / c, LTE dəstəyi və barmaq izi
skanına da sahibdir. İki ayrı versiyası olacaq cihazın bir normal versiyası, bir də dəri
qapaqlı, qızıl örtüklü çərçivəsi və 4 ədəd də almaz daşa sahib versiyası
olacaq. Bu iki cihazın da texniki xüsusiyyətləri eyni ikən 600$ normal
versiyası, 1300$ da xüsusi versiyası olacağı deyilir. 360 dərəcəlik videoçəkiliş
edə bilən, həm öndə həm arxada 13 MP kamerası olmasına rəğmən çıxıntı nisbətini
incə tuta bilən Çinli firma, qlobal bazara da çıxmaq istədiyini bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ