Developerlərin sevimli yarışı halına gələn "Barama Hackathon 2017"ə qeydiyyat başladı!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Azercell Telekom
MMC və PAŞA Bank-ın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin gənc
proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli Barama Hackathon
2017 layihəsinə start verilib. Müəyyən bir mövzu ilə bağlı proqramçıların
komanda şəklində məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı "Hackhaton”lar bütün dünyada adətən
"Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən
həyata keçirilir. Developerlərə təqdim olunan bu dəfəki mövzu – mobil telefonların xüsusiyyətlərindən istifadə edərək yeni mobil tətbiqin yaradılmasıdır.
22 aprel saat 09:00-da start verilən yarış 36 saat davam edəcək və 23 aprel saat
21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 25 aprel
tarixində münsiflər heyətinə təqdim olunacaq və ilk üç yerin qalibləri Azercell
və PAŞA Bank tərəfdən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Layihədə iştirak etmək istəyən proqramçılar hackathon.barama.az saytında qeydiyyat formasını doldurmalıdırlar. "Barama Hackathon
2017”-də qələbə uğrunda 10 komanda mübarizə aparacaq. 18.04.2017 tarixi
qeydiyyat üçün sonuncu gündür.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində komandaları qida ilə "Özsut”restoranlar şəbəkəsi təmin edəcək. Tədbirin Media dəstəyi isə "technote.az" portalına məxsusdur.
Xatırladaq ki,
ötən il Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə
"Barama Hackathon 2016” keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə informasiya
texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı
insanların bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ