Dilarə Rüstəmzadə: “Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir”

1469

Azərbaycan dünyaya müxtəlif vasitələrlə inteqrasiya olunur. Bu mənada böyük önəm kəsb edən sahələrdən biri də internetdir. Kiçik bir araşdırma nəticəsində Azərbaycanı qlobal miqyasda təmsil edən, aylıq milyonlarla istifadəçiyə xidmət göstərən yerli veb-layihənin varlığından xəbər tutduq.Bugünkü müsahibim məhz elə həmin şirkətin -Azscore.com-un layihə meneceri Dilarə Rüstəmzadədir:

- İlk növbədə şirkətin fəaliyyəti haqqında qısaca məlumat verərdiniz.

- Şirkət 2007-ci ildən livescores.biz adı altında fəaliyyət göstərməkdədir. Layihənin qlobal bazardakı uğurlu nəticələrini gördükdən sonra daha böyük hədəflərə çatmağın mümkün olduğunu anladıq və bu ilin iyun ayından etibarən rebrendinq işləri apararaq şirkətin adını azscore.com ilə əvəzləmək qərarına gəldik. Azscore.com olaraq real vaxt rejimində futbol oyunlarının nəticələri - hesab, qırmızı və sarı vərəqə datası, qol haqqında avtomatlaşdırılmış detallar - barədə məlumatları istifadəçilərimizə çatdırırıq. Bununla yanaşı, dünənki, bugünkü, sabahkı, habelə təqvimdə istənilən tarix axtarışı üzrə futbol maçları haqqında məlumatları da təqdim edə bilirik. Qeyd edim ki, sistem hal-hazırda veb, tablet, mobil, eləcə də Android və İOS proqram təminatı şəklində futbolsevərlərin istifadəsinə buraxılıb.

- Rebrendinq zamanı niyə məhz "Azscore” adına üstünlük verdiniz?

- Bilirsiniz ki, ölkəmizin xaricdə təqdimatı istiqamətində böyük işlər görülür. Biz də öz növbəmizdə, elektron layihə olaraq Azərbaycanı tanıtmaq məqsədi ilə "Az” önlüyünü seçdik. Bundan başqa "Azscore” qlobal sferada "A-dan Z-yə bütün nəticələr kimi” də qəbul olunur.

- Fəaliyyətdə olduğunuz müddətərzində hansı problemlərlə üzləşmisiniz?

- Biz startap olaraq işə başlamışıq. Əlbəttə ki, bu inkişaf yolunda etibarlı komanda üzvlərinin seçimində çətinliklərimiz olub. "Azscore” qlobal bazara birbaşa çıxışı olan və müəyyənbir gəlirə malik böyükmiqyaslı layihədir. Odur ki, komanda üzvlərinin potensialı bu kriteriyalara cavab verməlidir. Bununla yanaşı, sayta giriş sayı gündən-günə artdığına görə server problemləri ilə qarşılaşırdıq. Qeyd edim ki, artıq daha güclü serverlərə keçməklə çətinliyi aradan qaldırmışıq.

- Hazırda saytın istifadəçilərinin sayı nə qədərdir?

- Dünyanın ən etibarlı hesablayıcılarından sayılan "Google Analytics”in statistiki göstəricilərinə əsasən deyə bilərəm ki, Azscore.com-a gündəlik 400-600 min arası ziyarətçi daxil olur.

- Bu qədər böyük istifadəçi kütləsi olmasına baxmayaraq, "Azscore” niyə ölkə daxilində az tanınır?

- Daha öncə də qeyd etdiyim kimi, "Azscore” qlobal bazara hədəflənmiş bir layihədir və bu səbəbdənistifadəçilərimizin demək olar ki, 99%-ini xarici ölkə vətəndaşları təşkil edir. Lakin rebrendinqdən sonra yerli bazaraxidmət göstərməyi və futbolsevərlərimizin qarşısına daha güclü, dahaetibarlı data ilə çıxmağı özümüzə məqsəd qoymuşuq.

- Azərbaycan bazarının kiçik olması,gəlir mənbələrinin məhdudluğudünya bazarına yönəlməyinizdə əsas faktordurmu?

- Əlbəttə, bu amili inkar etmək olmaz. Lakin gəlir mənbələrinin az olması heç də ən əsas faktor deyil. Daha çox gəlir əldə etmək üçün daha çox təcrübəyə malik olmaq lazımdır. Bunun üçün də bizə yalnız dünya bazarının təcrübəsi – tələbat, yeniliklər, yaranan xətaların həlli yolları - kömək edə bilərdi. Artıq kifayət qədər praktikaya malik olduğumuzu deyə bilərik. Yalnız bundan sonra yeni gəlir mənbələrini araşdırmağa başladıq. Bu yolda yerli bazara giriş ilk hədəflərimizdən biridir.

- Livescore.com, Flashscore.com kimi nəhənglərlə mübarizə aparmaq çətin deyilmi? Ümumiyyətlə, bazarda rəqabəti necə tənzimləyirsiniz?

- Çətin yox, maraqlı deyərdim. Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir. İstifadəçi məmnuniyyəti bizim üçün həmişə prioritet məsələ olub. Bu səbəbdən də daim yeniliklər üzərində işləyirik. Həmçinindigərlərindən üstün olan tərəflərimiz var ki, onları ön plana çıxarmaqla rəqiblərimizi qabaqlamağa çalışırıq və deyim ki, bunun öhdəsindən layiqincə gəlirik.

- Bu yaxınlardaPrezident İlham Əliyev Azərbaycandaidman mərc operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi ilə bağlı fərman imzaladı.Aydın məsələdir ki,canlı futbol nəticələrini Azscore.com-dan öyrənmək istəyənlərin müəyyən hissəsini mərcsevərlər təşkil edir.Sizcə, bu addım saytın izləyici itirməsinə səbəb olacaqmı?

-Fikrimcə, çox yerində verilmiş qərardır. Ölkə ərazisində qanunsuz mərc oyunlarının qadağan olunmasını doğru addım hesab edirəm. Onsuz da yerli mərcsevərlərin böyük əksəriyyəti Azərbaycanın yeganə qanuni idman mərc oyunları operatoru olan "Topaz”a üstünlük verir. İstifadəçi sayına gəlincə, bunun bizim sayta təsir edəcəyini düşünmürəm.

- Son olaraq, gələcəklə bağlı planlarınıza nələr daxildir?

- Hazırda sistem demək olar ki, bütün platformalarda fəaliyyət göstərir. Lakin inkişaf sxemimizdə bir çox hədəf nöqtələrimiz var. Onlardan biriböyük həcmli məlumat bazası təqdim etməkdən ibarətdir. Belə olan halda, müştərilərimizin sayı artacaq. Təbii, bu, həm dətələb vəiş həcminin artımıdeməkdir. Qısası, daha böyük uğurlara imza atmaq üçün inadla və həvəslə fəaliyyətimizi davam etdiririk.

Söhbətləşdi:Rüfət Məcidzadə

Mənbə:Mətbuat.az