main-post-cover

    Diqqət: "Instagram", istifadəçilərin hesablarını silir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram, istifadə edilməyən hesabları bir-bir silməyə başladı. Yüzminlərlə izləyicisi olan internet fenomenləri, bu dəyişikliyi təəccüblə qarşıladı. Bu siyasətin arxasında nə var?

    "Facebook" tərəfindən satın alındıqdan sonra, gəlir modelinə fokuslanan və tez bir zamanda gəlir əldə etmək üçün sürətli addımlar atan Instagram, indi də aktiv olmayan bot hesablara qənim kəsilir. 
    Lazımsız hesabları seçən və tamamilə silən Instagramın bu hərəkəti, yüzminlərlə abunəsi olan fenomen və məşhurları da narahat etdi. 


    Hazırlamağa davam etdiyi reklam siyasətinin daha yaxşı nəticə əldə etməsi üçün başladılan bu hərəkatın, müəyyən aralıqlar ilə edilməsi gözlənilir. Bu, izləyici satın alan və bu iş üzərindən gəlir əldə edən şəxslər üçün də ciddi bir təhdid xarakteri daşıyır.
    Linki kopyala