main-post-cover

    Diqqət: Qara rəngli iPhone 7 barədə "Apple"dan xəbərdarlıq!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

     

    "Apple"ın ilk dəfə iPhone 7 ilə birlikdə təqdim etdiyi yeni qapqara rəng seçimi istifadəçilər tərəfindən olduqca bəyənildi. Ancaq "Apple"dan bu rəng seçimi haqqında xəbərdarlıq gəldi.

    "Apple"ın 7 Sentyabrda reallaşdırdığı iPhone 7 təqdimat mərasimində etdiyi sürprizlərdən biri də, Jet Black olaraq adlandırılan qapqara rəng seçimi oldu. "Apple"ın ilk dəfə bir iPhone modelində istifadə edəcəyi bu rəng, istifadəçilər tərəfindən maraqla qarşılandı.
     
    IPhone 7 haqqında

    Antena cizgilərinin görünmədiyi bu rəng seçimi haqqında istifadəçilər fikirlərini paylaşmağa davam edərkən, ilk xəbərdarlıq "Apple"dan gəldi. Apple Store-da satışına artıq başlanılan iPhone 7-nin məhsul səhifəsində yarana biləcək cızıqlar ilə bağlı istifadəçilərə xəbərdarlıq edilib.

    Jet Black rəng seçimli iPhone-un parlaq hala gələ bilməsi üçün doqquz mərhələləri olduqca həssas bir anodizasiya və cilalama prosesindən keçdiyini bildirən "Apple", bu parlaq korpusun digər "Apple" məhsulları ilə eyni sərtlikdə olduğunu ancaq zamanla korpusun üzərində kiçik cızıqlar yarana biləcəyi barədə xəbərdarlıq edir.
    "Apple"ın bu barədə təklif etdiyi həll üsulu isə, iPhone 7 üçün satışa çıxarılan qoruyucu keyslərdən birinin istifadə edilməsidir. 
     
     
    Linki kopyala