main-post-cover

    Diqqət: WhatsApp məlumatlarınız artıq Facebook ilə paylaşılacaq!

    Digər
    07.05.2017
    Farid Pardashunas
    "Facebook" tərəfindən satın alınan WhatsApp, əsas şirkətinə məlumat verməyə başlayacaq.
    Onsuz da bir çox məlumatımızı "Facebook"a öz istəyimiz ilə veririk. Görünüşə görə reklam üçün istifadə etdiyi bu məlumatlarımız Mark bəy üçün kifayət etməyib. Çünki artıq WhatsApp, dəyişdirdiyi təhlükəsizlik qaydalarına görə sizin WhatsApp məlumatlarınızı əsas şirkət olan "Facebook" ilə paylaşacaq.
    "Technote.az”ın "Webtekno”ya istinadən verdiyi xəbərə əsasən, WhatsApp profil şəkliniz, profil adınız, telefon nömrəniz və statusunuz "Facebook" ilə paylaşılacaq. Hər hansı bir mesaj məlumatının verilməyəcəyi də qaydalara əlavə edilib. Yəni WhatsApp mesajlarınız "Facebook" ilə paylaşılmayacaq.
    Təbii ki bu, sizə daha yaxşı bir reklam təklif edə bilmək üçün edilmişdir (!). Ancaq, məlumatınıza çatdıraq ki, artıq WhatsApp məlumatlarınız "Facebook" ilə də paylaşılacaq. Bu halda əgər profil şəkliniz, telefon nömrəniz və s. kimi paylaşılmamasına diqqət etdiyiniz detallar varsa, diqqətli olun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər