DİQQƏT: iOS 10, iPad və iPhone cihazlarını çökdürür!

714

iOS 10 yenilənməsi bəzi ağıllı telefonların bağlanıb açılmamasına səbəb oldu

Qısa müddət əvvəl Apple, yeni mobil əməliyyat sistemi iOS 10-u istifadəçilərə təqdim etmişdi. Amma az zaman keçməsinə baxmayaraq istifadəçilər, yenilənməni tətbiq etdikdən sonra problemlərin ortaya çıxdığını sosial media vasitəsilə açıqlamağa başladılar. İstifadəçilər yenilənməni tətbiq etdikdən sonra telefonlarında "brick” ortaya çıxdığını və ya açılmadığını bildirdilər.

Son zamanlar iOS 9-da problemlərlə qarşılaşan Apple, iOS 10-da da bənzəri problemlərlə üz-üzə qalıb. Buna görə də iPad və ya iPhone istifadə edirsinizsə, bu yenilənməni problem həll olunana qədər təxirə salın. Bundan əlavə mövcud cihazları yeniləmədən əvvəl backup etməyi unutmayın.

Artıq yenilənməni həyata keçirmisinizsə, onda problem necə həll olunmalıdır?

 

Əgər yenilənmədən sonra problem yaşayırsınızsa, onda telefonunuzu kompüterinizlə əlaqələndirin və yenilənməni iTunes üzərindən kompüterinizdən təkrar yükləyin. iTunes-da iOS 10 yenilənməsini görmürsünüzsə, kompüterinizdə iTunes yenilənməsinin olub-olmadığını yoxlayın. Backup aldıqdan sonra iTunes ilə yenilənməni başdan həyata keçirsəniz problem həll olacaqdır.