main-post-cover

    Diqqət:Linux əməliyyat sistemində çox ciddi boşluq ortaya çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Əməliyyat sistemləri arasında Windows-la rəqabət halında olan Linux hər zaman daha təhlükəsiz olması ilə diqqət çəkib. Amma bir müddət əvvəl Linux-un təməl nöqtələrindən birində çox ciddi təhlükəsizlik açığı ortaya çıxdı.

    Bir çox xüsusiyyətləri ilə üstünlük daşıyan Linux bir standartı olmadığı üçün hər şirkət öz ehtiyaclarına görə bu sistemi inkişaf etdirirdi. Hansı sistemdə nəyin olduğu, hücum edən şəxsin kimliyi tam olaraq təyin oluna bilmir. Bu baxımdan Linux-u seçən şirkətlər artıq bilməlidirlər ki, sistemin təməlində illərcə gizli qalan bir boşluq mövcuddur.
    Boşluq Phil Oester adlı araşdırmaçı tərəfindən ortaya çıxarılıb. Digər maraqlı məqam isə Linux-un yaradıcısı Linus Torvalds bu boşluğu zamanında bilib, hətta boşluğu aradan qaldırmaq üçün əlavə bir proqram da dizayn edib. Amma təəssüf ki, hələ də bu əlavənin tamamlanması bitməyib. Məşhur Linux əməliyyat sistemi şirkəti Red Hat isə boşluğu öz sistemində aradan qaldırdığını bildirir.
    Boşluq isə ciddi mənada sistem üçün açıq təşkil edir.
     
    Belə ki, sistemə hücum edən şəxs asanlıqla kompüterdə hər hansı istifadəçi rolunu ələ alaraq asanlıqla şəxsi məlumatlara keçid əldə edə bilir. Kernel hissəsində olan bu boşluqla hətta şirkətlərin ana serverlərinə də müdaxilə edilə bildiyi haqda məlumat mövcuddur.
    Red Hat kimi Linux istehsalçısı şirkətlər, boşluğun çox ciddi olduğunu bildirirlər. Sistem dizaynerlər və təhlükəsizlik mütəxəssislərinin bir əlavə inkişaf etdirməsi çox istifadəçinin məlumatlarını qoruya bilər. Phil isə bütün Linux istifadəçilərinin bu boşluğu nəzərə almasını bildirib.
    Linki kopyala