Dizaynını istədiyiniz vaxt dəyişə biləcəyiniz "ağıllı" idman ayaqqabısı (VİDEO)

174

Vixole adlı startap Indiegogo-da, ekranı olan "ağıllı” idman ayaqqabısı layihəsinə start verib.

Sözügedən startap hətta idman ayaqqabıların işlək prototiplərini də təqtim edib. Komanda lazım olan 30.000$ vəsaiti yığmaqla yanaşı hətta onu ikiqat artırıb. Ekran, ayaqqabının arxa hissəsinə yerləşdirilib. Onun üzərində olan yarışəffaf örtük isə ekranı sudan qoruyur. Beləliklə istifadəçi ayaqqabını yağışlı və qarlı havada geyinə bilər. Ayaqqabılar 3 versiyada və qara, ağ rənglərdə satışa çıxarılacaq. Ən sadə Vixole ayaqqabıları monoxrom ekranla təchiz olunublar. Mobil tətbiq vasitəsilə həmin ekranda istənilən görüntünü və ya animasiyanı əks etdirmək mümkün olacaq. Vixole Plus modeli isə gedilmiş addımları sayan xüsusi ötürücülərə sahib olacaq.

Bu modelin daha bir özəlliyi onun yerimə tempi və musiqi ritminə uyğun dizaynını dəyişməsidir (sensorlar xarici səsə reaksiya verirlər). Ayaqqabılar vibrasiya vasitəsilə istifadəçini gəlmiş zənglər, yeni ismarıclar barəsində məlumatlandıracaq. Vixole OLED isə adından da göründüyü kimi OLED ekranla təchiz olunub. Lakin komanda bu modeli 300 ədəd qısa tirajla satışa çıxardacaq. Ayaqqabılar xüsusi naqilsiz şarj platformasında iki saat ərzində enerji yığandan sonra 8 saat çalışa bilirlər Vixole və Vixole Plus modellərinin qiymətləri 150$ - 195$, Vixole OLED-in qiyməti isıə 300$ təşkil edəcək. Əgər hər şey plan üzrə getsə ayaqqabılar 2017-ci ilin İyun ayında satışa çıxacaqlar.