main-post-cover

    Dünyanın ən böyük radioteleskopu nə zaman işə salınacaq?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Çin Xalq Respublikasında 500 m-li FAST adlı radioteleskopun inşası sona çatıb. Bu dünyanın ən böyük parabolik radioteleskopu hesab edilir. FAST Quançjou vilayətinin cənub-qərbində yerləşir. Onun inşasına 2011-ci ildə start verilmişdir. Onun sahəsinin 30 futbol meydançası böyüklüyündə olmasına baxmayaraq inşasına 180 milyon dollar vəsait sərf olunmuşdur. Çinli inşaatçılar 4450 ədəd əks etdirən panellərdən sonuncunu quraşdıraraq radisoteleskopun inşasını bitiriblər. Sözügedən radioteleskop vasitəsilə çinli alimlər digər sivilizasiyaların axtarışını, qara materiyanın öyrənilməsini, qalaktikaların təkamülü haqqında məlumatların yığılmasını və digər vacib kəşflərin reallaşdırılmasını planlaşdırırlar. FAST-ın inşa olunmasının mümkün olması üçün alimlər həmin ərazidən 10.000-ə yaxın sakini başqa yerə köçürtmüşdülər. Radioteleskopun işə salınacağı gün isə 5 km radiusda yaşayan bütün sakinlərə elektrik cihazlardan istifadə qadağan ediləcək. Belə ki, həmin cihazlar radioteleskopun işinə mane ola biləcək nasazlıqlar yarada bilərlər. FAST-ın bu ilin sentyabr ayında işə salınması planlaşdırılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər