main-post-cover

    Donald Trump hansı Android Telefonu istifadə edir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-ın yeni prezidenti Donald Trump-ın istifadə etdiyi Android cihazı ortaya çıxdı.

    Xüsusilə rəsmi Twitter hesabında etdiyi sərt açıqlamaları ilə gündəmə gələn Donald Trump-ın, rəsmi olaraq ABŞ Prezidentliyi vəzifəsinə başladığında bu xasiyyətini geridə qoyacağı gözlənilirdi.
    Hətta Gizli Servisin bu vəziyyəti çox da xoş qarşılamadığı və Trump-a, Obamada olduğu kimi təhlükəsizliyi ciddi ölçüdə artırılmış bir BlackBerry verildiyi bildirilmiş, Trump-ın bu səbəbdən Androidcihazına vida etdiyi danışılmışdı.
    Ancaq NYT-nin açıqladığına görə Trump, hələ tweet atarkən əvvəlki, təhlükəsizlik səviyyəsi düşük Android cihazını istifadə edir. Yəni Trump, hər nə qədər Gizli Servis təsdiqləməsə də Ağ Ev-də hələ də Android cihazını istifadə etməkdədir.

    Bəs Trump-ın istifadə etdiyi Android telefonu hansıdır?

    Trump-ın telefonu mövzusunda dəqiq olaraq "bu cihazı istifadə edir” deyə biləcəyimiz rəsmi bir mənbə yoxdur. Ancaq; Trump-ın şəkillərindən yola çıxdığımızda hansı cihazı istifadə etdiyini tapmaq çox da çətin deyil.
     
    Yuxarıda gördüyünüz şəkil, 2015-ci ilin Oktyabr ayında çəkilib. Şəkildəki cihazı incələdiyimizdə arxa tərəfi görünən cihazın ortasında bir kamera mövcuddur, bu kameranın sol tərəfində isə bir LED flash mövcuddur. Sağ tərəfdə də -çox güman ki- bir logo yer almaqdadır. Əlavə olaraq üst tərəfdəki qulaqlıq girişi də rahatlıqla görülə bilinir.

    Fevral 2016-da çəkilən bu şəkildə isə telefonun ön qisminə bağlı bəzi detallar da gözə çarpır. Bu mövzuda ən diqqət çəkən şey isə "home” düyməsi və alt USB girişidir. Xüsusilə ön panelə baxdığımızda, cihazın Samsungolduğunu rahatlıqla deyə bilərik. Samsung-un modellərindən yola çıxaraq bir filtrləmə etsək; bu tərz xüsusiyyətlərdə bir Samsung cihazı ancaq Galaxy seriyası ola bilər. Lakin alt hissəsində qulaqlıq girişinin olmaması, Trump-ın telefonunun Galaxy S6 və sonrakı cihazlardan biri olmadığını bildirir.
     
    Arxa tərəfin dizaynını əsas götürsək (yəni ortada kamera, solda LED flash və sağdakı logo), cihazın Galaxy S3 olduğunu deyə bilərik. Cihazın niyə Galaxy S4 ya da S5 olmayacağının cavabı isə, kameranın solunda yerləşən LED flash ilə əlaqəlidir. Beləki S4 və S5-də LED flash, S3-dəki kimi kameranın solunda yox, altında olur.
    Qısa bir müddət əvvəl Trump-ın bir reportajı sırasında çəkilən bu şəkil də cihazın Galaxy S3 olduğunu təsdiqləyir:

    Bəli, nəticə olaraq ABŞ Prezidentinin istifadə etdiyi cihaz, 2012-ci ildə bazara çıxarılan, son əməliyyat sistemi yenilənməsini ilə 2015-ci ildə almış Android 4.3 Jelly Bean-lı Samsung Galaxy S3-dür. Trump-ın Gizli Servis-in tövsiyyəsinə uyaraq cihazı istifadə etməyi saxlayıb-saxlamayacağı bilinmir. Lakin hazırda Trump-ın tweet-lərini bu cihaz ilə atdığını deyə bilərik.
    Təbii ki bu qədər varlı bir iş adamının dörd il əvvəl bazara çıxarılmış bir telefonu niyə istifadə etməyə davam etdiyi bilinmir. Bəlkə sadəcə Twitter-a giriş-çıxış etdiyi üçün dəyişdirmək istəmir.
    Lakin bildirdiyimiz kimi Gizli Servis, xüsusilə təhlükəsizliyi sağlam dərəcədə artırılmış bir BlackBerry cihazını Trump-a istifadə etməsi üçün təqdim edəcək (hətta artıq təqdim etmiş ola bilər). Nəticə olaraq Trump artıq ABŞ prezidentidir və təhlükəsizlik onun üçün ilk sırada gəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər