main-post-cover

    Donald Trump-ın oyuncağı Kickstarterdə aləmi bir-birinə qatıb

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Mübahisəli ABŞ Prezidenti Donald Trump üçün istehsal edilən bir oyuncaq, fond toplama platfoması Kickstarter-də yerini aldı. Oyuncaq görünüşü səbəbindən müzakirə mövzusu oldu.

    ABŞ-ın bəlkədə ən çox müzakirə edilən prezidenti olan Donald Trump, indi də fond toplama platforması Kickstarter-ı qarışdırdı.
    Heykəltəraş Chuck Williams-ın Donald Trump-ı "trollamaq” üçün hazırladığı oyuncaqlar, Kickstarter-də ardıcıl istehsala keçmək üçün dəstək gözləyir. 
    Layihənin uğur qazana bilməsi üçün hədəf 38 min dollar olaraq qoyulmuşdu. Ancaq layihənin sonlanmasına 21 gün qalmasına baxmayaraq artıq 120 min dollar toplanıb.

    Layihəyə 25 dollar və daha çox yardım edən dəstəkçilər, sözügedən oyuncaqlardan birinə ödənişiz sahib olur. Ancaq oyuncaqların çatdırılmasına 2018-ci ilin fevral ayı etibarilə başlanacaq.
    Chuck Williams-ın dizayn etdiyi fərqli Trump oyuncaqları var. Bunlardan birinin əlində telefon olarkən, bir digərinin keçəl olması diqqət çəkir. Ancaq bütün oyuncaqların quruluşu səbəbindən olduqca təhrikedici olduğunu bildirmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər