Donald Trump-ın prezidentliyi dövründə iPhone qiymətləri dəyişəcəkmi?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Donald Trump-ın prezidentlik dövründə "Apple” smartfonlarının qiyməti yüksələ bilər.
Bu fikri bəzi mütəxəssislər səsləndiriblər.
Seçkiqabağı kampaniyası zamanı Trump, ABŞ-ın böyük ticarət tərəfdaşları ilə
ticarət əlaqələrinə yenidən baxılması fikrini irəli sürmüşdü. Trump əsasən Çindən
import olunan məhsullara 45% vergi qoyulacağı fikrini səsləndirirdi.
İqtisadçıların fikrincə Trump-ın bu siyasəti nəticəsində iPhone cihazlarının
qiyməti yüksələcək. Belə ki, iPhone-lar məhz Çində istehsal olunur. "Barclays”
bankının mütəxəssislərinin fikrincə import məhsullara ola biləcək vergi 45%-dən
az olacaq. Onların proqnozlarına əsasən ABŞ hökuməti vergiləri 15% aralığında təyin
edəcək. "Lakin əgər vergilər 15% qalxsa qiymətlər də artacaq. Lakin bu artım 15%
təşkil etməyəcək” – deyə iqtisadiyyat üzrə professor Amit Khandelwal bildirib. Buna
baxmayaraq mütəxəssislər həmin vaxtda iPhone cihazlarının qiymətlərinin nə dərəcədə
artacağını müəyyən edilməsində çətinlik çəkiblər. Ümumilikdə isə iqtisadçılar
düşünürlər ki, "Apple” üçün əsas problem vergilərin böyüməsi deyil, Çin tərəfin
bu məsələyə sərt reaksiyası ola bilər. Belə ki, Çin ABŞ-dan olan import məhsullarına
vergiləri yüksəldə və ya nizamlayıcı orqanlar vasitəsilə yerli smartfon
istehsal şirkətlərini dəstəkləyə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ