main-post-cover

    Dövri cədvəli bu sayt ilə öyrənmək daha asan olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Orta məktəbdə bəzilərinin qorxulu yuxusu olan kimya dərsinin bəlkə də ən əziyyətli tərəfi dövri sistemi təşkil edən elementlər, onların harda nə məqsədlə istifadə olunması ilə bağlı olub. Məsələn, periodik cədvəldə yer alan bəzi elementlərin nə işə yaradığını bilsəkdə bir çoxlarının hansı məqsədlə istifadə olunduğu haqda məlumatımız yoxdur.
    Bəlkə də dövri sistemi daha əyləncəli yolla öyrənsəydiniz bu iş bu qədər əziyyətli olmazdı. Məsələn, hansı element nəyin tərkibində yer alır və ya nəyin hazırlanmasında yer alır. Məhz bu fikirlə yola çıxan Keith Enevoldsen dövri sistemi daha əyləncəli şəkildə təsvir edib.

    Vizual olaraq o qədər də nəzərə çarpan olmasa da funksionallıq baxımından çox böyük üstünlükləri mövcuddur. Belə ki, siz dövri sistemdə hər hansı elementin üzərində dayandıqda o element haqda məlumatlar, nə üçün lazımlı olduğu öz əksini tapır. Məsələn, hər birimizə yaxşı məlum olan volfram bildiyiniz kimi ən çətin əriyən elementdir və əsasən televizor, lampalarda istifadə olunur. Buna görə də bu metalı təsvirində istifadə ediblər.
    Cədvəllə daha yaxından tanış olmaq istəyənlər burdan daxil ola bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər