Dron ilə həyat yoldaşının xəyanətini anbaan lentə aldı (VİDEO)

1552

Reddit portalının istifadəçisi, həyat yoldaşının xəyanətinin üstünü necə açdığını söyləyib.

Belə ki, bunu etmək üçün o, həyat yoldaşının sevgilisi ilə görüşməsini dronun kamerası ilə lentə alıb. Qeyri-adi yola əl atmış şəxs öz həyat yoldaşının işə getdiyi yolu dron vasitəsilə tapıb. Həmin gün qadın həmişə getdiyi yol ilə deyil bu dəfə tamam fərqli yolla gedərək bir aptekin yanında dayanıb. Daha sonra ona, bir avtomobil yaxınlaşıb. Videodan da göründüyü kimi qadın sürücü olan güzgü tərəfə əyilir. Daha sonra qadın avtomobilə əyləşərək bilinməyən istiqamətdə gedib. Qadının həyat yoldaşı əmindir ki, onu xəyanət üstündə yaxalayıb. Bəziləri bu hadisəyə inanmasalar da bir fakt dəyişməz olaraq qalır. O da, dronların izləmək üçün əla vasitə olmalarıdır. Müasir dronlar onu idarə edən operatordan 5 km uzaqlığa uça və 25-30 dəqiqə ərzində havada qala bilirlər.