Dron startapı "Matternet"ə investisiya qoyan "Mercedes-Benz", Vision Van modelini təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Alman avtomobil nəhəngi "Mercedes-Benz", hələ nəticələndirilməmiş razılaşmaya görə dron startapı "Matternet"ə investisiya qoydu. Eyni zamanda yeni məhsulu Vision Van modelini də dünən təqdim edən "Mercedes-Benz", bu mikroavtobusu, üzərindən dron daşıyan bir model olaraq təsvir edir.
Tamamilə avtomatik uçuş qabiliyyətinə sahib Matternet M2 adlı dron, "Mercedes-Benz" mikroavtobusların üstünə enmək qabiliyyətinə sahib olacaq. Xüsusilə e-ticarət sifarişləri və bağlama kuryerliyi üçün vacib bir xüsusiyyət sayıla biləcək bu yeniliyin işləmə prinsipi dron vasitəsilə çatdırılmaya əsaslanır. "Matternet"in qurucusu və CEO-su Andreas Raptopulusun verdiyi nümunə isə maraqlıdır: Məsələn, "Amazon"dan bir məhsulu sifariş etdiniz və məhsul anbarda mövcuddur. Əgər çatdırılmanı reallaşdıracaq olan Vision Van mikroavtobusu yaxınınızdadırsa, məhsul dron ilə yola çıxır və dron birbaşa olaraq Vision Van çatdırılma mikroavtobusuna doğru istiqamət alır. Sonrasında isə Vision Van mikroavtobusu içərisindəki kuryerlər, eynilə normal bir bağlamanızı çatdırır kimi məhsulu sizə təslim edirlər. Beləliklə məhsulun çatdırılma prosesində dronlardan istifadə edilir və bir günə təslimat prosesi də inkişaf edir. Matternet M2 verilən məlumatlara görə 2 kiloqrama qədər ağırlıqdakı bağlamaları daşıya bilir. Bununla birlikdə yükləmə və təslimat, eniş və qalxış vaxtlarında heç bir insan gücünə ehtiyac duymaması da bu dronun bir başqa vacib xüsusiyyətidir. Bugünə qədər 9.5 milyon dollar investisiya toplayan "Matternet"in investorları arasın da "Mercedes-Benz" də öz yerini alır və "Matternet"in hədəf investisiya miqdarı isə 11.5 milyon dollardır. Qısacası startap hələ də yeni investisiya axtarışındadır və dronlarını inkişaf etdirməyə davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!