main-post-cover

    Drone taksilər, 2017-ci ilin yay aylarında Dubay-da fəaliyyətə başlayacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Avtonom avtomobillərlin gələcəyi olaraq görülən drone-lar, sərnişin səfərlərinə 2017-ci ilin yayında Dubay-da başlayır.

    Bugün Dubay-da keçirilən World Government Summit tədbirində təqdim olununan avtonom drone-larla sərnişin daşımalarına, iyul ayında başlanılması gözlənilir.
    Layihə üçün istifadə ediləcək olan Drone taksi Çin istehsalı EHang 184 modeli, tədbir müddəti ərzində iştirakçılara nümayiş etdirildi. İlk olaraq 2016-cı ildə keçirilən CES sərgisində qarşımıza çıxan EHang 184-ün test uçuşları ötən yay Las Vegas şəhərində olmuşdu. Tək nəfərlik bir vasitə olan EHang 184, 100 kq-a qədər daşıma həcminə sahibdir.

    Tədbirdə Dubay şəhəri adına danışan Mattar al Tayer, EHang 184-ü Dubay-da da test etdiklərini bildirdi. Batareyası tam dolu olduqda 50 km yol qətedəbilən Drone taksi, saatta 160 km sürətə qədər hərəkət edə bilir. Şəhər içərisində təyin olunan 40-50 km-lik bir sahə üçün istifadə ediəcək olan EHang 184, əmr mərkəzindən idarə ediləcək.
    Əgər uğurlu olarsa şəhər içi nəqliyyatı üçün ən məntiqli layihələrdən biri olacaq olan Drone taksi, xüsusilə tıxac sıxıntısı yaşayan şəhərlər üçün möhtəşəm alternativ ola bilər. Son olaraq İsrail mərkəzli Urban Aeronautics firması, ötən ay hərbi istifadə üçün hazırlanan nəqliyyat drone-larının 2020 etibariylə istifadəsinə başlanılacağını açıqladı.
     
    Mənbə: Webrazzi.Com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər