Dubayda yerləşən 32 Startup son üç ildə 2.3 milyard dollar investisiya toplayıb
Digər
07.05.2017
Farid Pardashunas
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dedikdə ağlımıza yer altı sərvətləri gəlir ancaq bu vəziyyətin yavaş-yavaş dəyişəcəyi məlumdur. Petrol ehtiyyatlarının azalması və elektrikli avtomobillər bu dəyişikliyin iki vacib səbəbi olsa da bölgədə artan internet investisiyalarından da bəhsetmək lazımdır.
CB Insights-ın statistikalarına görə BAE-nin irəlidə gedən
32 internet startapı 2013-dən bu yana ümumi 2.3 milyard dollar investisiya
toplayıb. Bu investisiyaların 40%-i 500 min dollar ilə 2 milyon dollar arasında
reallaşarkən, startapların yarısı e-ticarət əsaslı startaplardır.
Siyahıdakı startupların hamısının Dubay əsaslı olduğunu
vurğulayan CB Insights, razılaşma sayı baxımından ən aktiv investorun Wamda
Capital olduğunu da əlavə edir. Bu nöqtədə Wamda Capital-ın Abraaj Group-un bir
investisiya qolu olduğunu da xatırlatmadan keçməyək.
BECO capital və STC Ventures BƏƏ-nin digər vacib
investorlarıdırlar. BƏƏ-nin 2 ədəd də milyard dollarlıq unicorn startapı var
ki, bunlardan biri E-ticarət startupı Souq.com, digəri isə özəl avtomobil
çağırmaq tətbiqi Careem-dir.
Digər tərəfdən BƏƏ-də ən çox investisiya (1 milyard
dollar) çəkən startup Noon.com-dur və o da e-ticarət sahəsində xidmət verir.
Lakin hələki fəaliyyətə başlamayıb. Noon-un bu ay içində xidmət verməyə
başlaması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)