main-post-cover

    Dünya bu qadından danışır: 81 yaşlı qadın iOS tətbiqi yaradaraq, ən yaşlı iOS developer oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yaponiyada 60 yaşına gəldiyi zaman kompüterlərlə maraqlanıb özünü inkişaf etdirən Masako Wakamiya, 21 il sonra özünün ilk iPhone tətbiqini yaratdı!

    Günümüzdə çox kiçik yaşlarda uşaqlar, kompüter istifadə etməyi öyrənirlər. Hətta dünyanın uşaq və yaşlı əhalisi də daxil olmaqla böyük bir qismi kompüter istifadə etməyi bacarır. Ancaq klassik istifadə olaraq bildiyimiz internetdə gəzmək, kino/serial izləmək və oyun oynamaqdan başqa bir kompüter biliyinə sahib insanların sayı isə bir o qədər azdır
    Kodlaşdırma, mühəndislik ya da oyun hazırlamaq kimi daha texniki işlərə girən şəxslər isə uğurlu işlər ortaya çıxardıqlarında çox vaxt keçmiş olur. Hətta 30-lu yaşlardan sonra bu işlərlə maraqlanan şəxslərə "Sən çox gecikmisən” kimi reaksiyalar verildiyini də hamımız bilirik.

    İndi isə verəcəyimiz nümunə ilə bu cür kompüter vasitəsilə texniki işlər görmək istəyən izləyicilərimizi həvəsləndirəcək və möhtəşəm bir real təcrübədən danışacağıq: Dünyanın ən yaşlı tətbiq developeri – Masako Wakamiya

    Yaponiyada yaşayan Masako Wakamiya, bundan tam olaraq 21 il əvvəl, özü 60 yaşında ikən kompüterlərlə maraqlanaraq istifadəsini öyrənməyə başlayıb. Təbii ki, biraz da başladığı müddətin kompüterlərin də yüksəliş dövrü olmasını nəzərə alaraq qadının şanslı dövrdə bu həvəsə düşdüyünü deyə bilərik. Aradan keçən 21 ildə iPhone üçün tətbiq hazırlayaraq "Dünyanın ən yaşlı tətbiq developeri” ünvanını qazanmış Masako, bu zaman tam olaraq 81 yaşında idi. Wakamiya, evdə boş-boş oturmaq yerinə kompüter başında keçirdiyi saatların meyvəsini bəlkə də həyatının son illərində yaşasa belə öyrənmənin yaşının olmadığını sübut etdi.
     
    Xüsusilə proqramçı, developer olmaq istəyən insanların heç bir zaman gec qalmadıqlarını göstərən bu qadın, "işlərə görə vaxtım olmur” deyənlərə işlədiyi vəzifə ilə nümunə olmalıdır. Belə ki, Wakamiya 43 illik bank əməkdaşıdır.
    "Hinadan” adındakı tətbiqi ilə App Store-dakı yerini alan qadın, Oyuncaq Sırası deyə biləcəyimiz bu tətbiqi ilə 4-lü sıra halındakı oyuncaqları düzgün formada düzməyinizi istəyən sadə bir işə imza atıb.
    Yüksək dərəcədə yaxşı İngilis dili də öyrənmiş olan Wakamiya-nın 2 il əvvəl TEDx Tokio konfransında etdiyi çıxışı aşağıdan izləyə bilər, videonun daxilindəki linkdən ya da buradan tətbiqini endirə bilərsiniz..
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər