Dünya varlılar siyahısında neçənci insan olduğunuzu göstərən sayt

08.05.2017 0 PAYLAŞIM 16581 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Global Rich List, illik gəlirinizi daxil edərək dünya üzrə varlılıq sıralamasındakı neçənci insan olduğunuzu göstərir.

Daha əvvəl dünyanın ən varlı iş adamlarına, şirkətlərinə dair bəzi məzmunlar paylaşmışdıq. Sözügedən bu şəxs və qurumlar, dünya iqtisadiyyatına ciddi şəkildə istiqamət verirlər. Bəs siz əldə etdiyiniz gəlirlə dünya sıralamasında neçənci olduğunuzla heç maraqlanmısınız mı? Global Rich List, sizə bu mövzudakı həqiqətə bir neçə saniyə içində çatmağa kömək edən bir web saytdır.

Sayta daxil olduğunuz zaman qarşınıza sadə bir interfeys çıxır. Sol hissədəki "income” yazılı hissəyə daxil olduğunuzda əvvəlcə "select location”dan istədiyiniz ölkə və valyuta-nı seçin (Azərbaycan və AZN olmadığı üçün USD-dən istifadə edə bilərsiniz). Daha sonra da alt hissədə illik gəlirinizi yazmalısınız. Ən son isə "Show my results”, yəni nəticələrimi göstər qisminə daxil olaraq dünya sıralamasında neçənci yerdə olduğunuzu görə bilərsiniz.

Əlavə olaraq saytın məqsədinin sizin gəliriniz ilə dünya üzrə neçənci varlı şəxs olduğunuzu öyrənməkdən başqa, Pakistan İndoneziya kimi inkişaf etməmiş ölkələrdə işləyən laborant və həkimlərin çətinliklərini göstərməkdir. Nəticəyə çatdığınızda mouse-unuz ilə səhifəni aşağı doğru sürüşdürsəniz sizin 1 saatlıq, illik və aylıq qazancınız ilə İndoneziyada işləyən həkimlər və laborantların qazancları müqayisə edilir. Məsələn aylıq 1000 AZN gəliri olan biri Azərbaycanda 79 həkimin maaşını ödəyə bilər. (Burası maraqlı gəldi)


Global Rich List – saytına buradan daxil ola bilərsiniz.