Dünyada ən qədim sivilizasiya hansıdır?

384

Avstraliyalı aborigenlərin DNT-ləri 50.000 il ərzində dəyişməyib.

83 yerli avstraliyalı sakinin və 25 papuasçının selik nümunələri onu göstərib ki, onlar 50.000 il bundan öncə yaşamış ilk insanların nəslidir. Kembric Universitetinin professoru Eske Villerslev müair aborigenlərin genetik xəritəsini çox mühüm bir tapıntı hesab edir. Bəlkədə bu insanlar qrupu yeganədir ki, onların əcdadlarını ilk vaxtlara kimi müşahidə etmək olar. Aborigenlərin əcdadları72.000 il bundan öncə Afrika-nı tərk edərəjk Saxul-a (keçmişdə Avstraliya ilə Yeni Qvineya-nı birləşdirmiş supermaterik) miqrasiya etmişdilər. Orada aborigenlər məlum olmayan insan irqi ilə qarışmışdılar. Bu qohumluq, müasir avstraliyalıların genomunda iz qoymuşdur. Avstraliya-ya çatandan sonra aborigenlərin əcdadları minilliklərlə izoləolunmuş həyat tərzi sürüblər. YalnızXVIII əsrdə onlar bəzi Asiya qəbilələri, daha sonra isə avropalılar ilə ünsiyyət yaratmışlar. Avstraliya-nın müxtəlif yerlərində yaşayan aborigenlərin genetik fərqləri çox böyükdür. Belə ki, materikin mərkəzində olan səhralıq qəbilələrin bir-birləri ilə qarışmalarına imkan vermirdi.