Dünyada ilk Bitcoin bank fəaliyyətə başlayıb

08.05.2017 0 PAYLAŞIM 5880 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Vyanada dünya üzrə ilk dəfə bitcoin üzrə ixtisaslaşdırılmış Bitcoin Bank fəaliyyətə başlayıb.

Məlumata əsasən həmin bankda insanlar nəğd pul ilə bitcoin ala və onun haqqında məlumat əldə edə bilərlər. Qeyd olunur ki, nəğd pulun bitcoinə dəyişilməsi yalnız avro üzərindən həyata keçirilir. İlk bitcoin üzrə bankı, yerli blockchain startap olan BitTrust yaradıb. BitTrust-ın icarıçı direktoru Magdalena Isbrandt bildirib ki, rəqəmsal valyutanın ən üstün cəhətlərindən biri, onun vasitəsilə müqavilələrin daha tez və heç bir vasitəçi olmadan həyata keçirilməsidir. Bitcoin əldə etmək üçün istifadəçi, 27-34 simvoldan ibarət sətrə sahib olmalıdır. Bu sətr bir növ virtual poçt ünvanına bənzəyir. Bitcoinləri əldə etdikdə isə onlar həmin elektron ünvana yönləndirilir. Bitcoin ünvanların qeydiyyatdan keçirilməməsi isə bitcoin göndərilməsini tamamilə anonim edir. Bitcoin Austria təşkilatının rəhbəri Andreas Petersson-nun sözlərinə görə rəqəmsal valyutanın ən üstün cəhəti anonimlikdir. "Əgər mən nəyisə bitcoin ilə alıramsa deməli mən anonimlik və təhlükəsizliyə sahibəm. Şirkət mənim bank kartımın məlumatlarını əldə edə bilmir” – deyə Andreas Petersson bildirib.