main-post-cover

    Dünyada ilk dəfə: Facebook-da canlı yayımda idarə edilən oyun

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Sports Experts üçün hazırlanan oyun, Facebookda izləyicilərin oyunu idarə edərək hədiyyə qazanmaqlarına şərait yaradır.

    Alışveriş Mərkəzlərindəki oyun sahələrində tez-tez gördüyümüz bir alət var. Mexaniki bir pəncəni hədiyyələrin arasına salıb bir ədədini tutmağı ümid etdiyimiz və adətən heçnə tuta bilmədən çəkdiyimiz o oyun alətindən söz edirik. Beləki illərdir var olan bu aləti Kanadalı idman məmulatları şirkəti Sport Experts alaraq, Facebookun canlı yayım xüsusiyyətilə birləşdirərək maraqlı, effektiv, əyləncəli və bir şeylər qazanmağın mümkün olduğu bir hala gətirib.

    Yeni il sezonunda həm məhsulları təqdim etmək həm də istehlakçılarına hədiyyə vermək istəyən Sports Experts-in, reklam agentliyi Rethink Canada ilə reallaşdırdığı kampaniyada Facebookun canlı yayım xüsusiyyətini istifadə edərək bir "müsabiqə” hazırlayıb. Dünyanın ilk Facebookdakı bir canlı yayım üzərindən idarə edilən oyunu olduğu bildirilən "Grab-A-Gift”in məntiqi bildiyimiz kimi "qarmaq” oyunu ilə eynidir, ancaq proseduru olduqca fərqli və yenilikçidir. Beləki qarmaqda Raspberry Pi ilə Facebook API üzərindən real zamanlı məlumatları toplayaraq canlı olaraq bunları hərəkətə çevirən bir texnologiya istifadə edilib. Beləcə canlı yayımı izləyən hərkəsin oyuna qoşulmasına şərait yaradıb.
    Sports Experts-in məhsullarının sərgiləndiyi sahədən o məhsulları almağa çalışan qarmağın idarəsi klassik düymələr vasitəsilə deyil; Facebook canlı yayıma qatılan izləyicilərin emosiyaları ilə reallaşdırılır. Ürək sağa, bəyən sola, gülən üz yuxarı, təəccüblü üz isə aşağı getməsi üçün istifadə edilib.
    Beləliklə canlı yayımdakı bütün izləyicilər həm şərhlərdə bir-birlərinə dəstək olaraq iş birliyi etmiş, həm də dəlicəsinə emosiya daxil ediblər. Həmçinin, oyunu paylaşıb dostlarını da dəvət edərək onlarıda müsabiqəyə çağırıblar. Canlı yayım sırasında, olub-bitənləri bir futbol oyunu izah edirmiş kimi danışan spiker də oyunun həyəcanını artırmağı bacarıb.
    Yumşaq və gülməli heyvanlar yerinə; Nike ayaqqabı, GoPro kamera kimi 5 bahalı hədiyyə arasından biri qazanmaq şansı verən oyunda; qarmaq bir hədiyyə tutduğunda bütün klikləyənlər arasından qazanan təsadüfi olaraq seçilib.
    4 həftə içində 4 fərqli canlı yayımda oynanan oyun; cüzi reklam büdcəsinə baxmayaraq böyük maraq cəlb edib. Agentlikdən verilən məlumata görə, 50%-i orqanik olmaqla 2.2 milyon izlənməyə çatılarkən, izləyicilərin canlı yayımda keçirdikləri ortalama vaxt 8 dəqiqə olub.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər