Dünyada ilk dəfə iOS cihazlar üçün naqilsiz flash kart təqdim olunub (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"iLuun” şirkəti iOS cihazlar üçün nəzərdə tutulmuş naqilsiz flash kartı təqdim edib.
Təqdim olunmuş flash kartın əsas
özəlliyi Wi-Fi naqilsiz şəbəkəsinə sahib olmasıdır. Cihaz iLuun Air adlanır.
Naqilsiz şəbəkə interfeysi özəlliyinin olması iLuun Air-i smartfon, planşet və kompüterlərlə birgə çalışmağa imkan verir. "Technote.az”ın "Macdigger.ru”a
istinadən verdiyi xəbərə əsasən flash kartın 32, 64, 128, 256 GB-lıq
versiyaları var və onlar eyni anda 8 cihazla birgə çalışa bilirlər.
İstehsalçının sözlərinə görə yeni cihazı istifadəçilər arasında məlumatların
ötürülməsi (mobil tətbiq vasitəsilə), musiqi və film yayım axınını təmin etmək,
vacib məlumatların saxlanılması, məlumatların ehtiyyat kopyalaması üçün istifadə
etmək olar. Cihaz kompüterə qoşulması üçün USB 3.0 girişinə sahibdir. Bütün
ötürülən məlumatlar isə şifrələnir. Şirkət flash kartın iOS 8.0 və daha yeni
versiyalı smartfonlar və planşetlər ilə uyğunlaşdığına təminat verir. Təbii ki,
cihazı həmçinin Mac və adi kompüterlərdədə istifadə etmək mümkündür. Yaxın
zamanda sözügedən layihə Kickstarter platformasında start götürəcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!