Dünyada ilk dəfə orta yaşlı QİÇS xəstəsi yeni üsul vasitəsilə tamamilə sağalıb

341

QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) mübarizədə yaradılmış yeni üsulun uğurlu olduğu aşkar edilib.

Məlumata əsasən yeni üsulun hazırlanmasında İngiltərənin 5 aparıcı elmi müəssisəsi iştirak edib. Yeni üsul orqanizmdə olan bütün QİÇS hüceyrələrini aşkar edərək onları məhv etməyə imkan verir. İlk öncə müalicə üsulu yoluxmuş hüceyrələri məhv edir və daha sonra orqanizmin immun cavabını təmin edən T-limfositləri aktiv edir. "Technote.az”ın "Popmech.ru”a istinadən verdiyi xəbərə əsasən yeni müalicə üsulu QİÇS-dən əziyyət çəkən 50 insan üzərində test edilmişdir. Uğurlu nəticələr ilk təcrübədəcə əldə edilib. Tədqiqatçılar bildiriblər ki, onlar 44 yaşlı xəstəni tamamilə sağalda biliblər. Lakin bütün bunlara baxmayaraq infeksiyaya qarşı tutarlı dərmanın hazırlanması haqqında danışmaq hələki tezdir. Bununla belə kliniki təcrübələr davam etməkdədir. Uğurlu nəticələr minimum 10 xəstə adamda ortaya çıxmalıdır. Lakin alimlər yaşca böyük xəstənin QİÇS-dən tamamilə azad olduğu xəbərini verməkdə boyun qaçırmayıblar. "Biz infeksiyadan azad olmağın real imkanını yaradırıq. Bu böyük bir sınaqdır. Biz hələ yolun əvvəlindəyik. Lakin əldə edilmiş nəticələr diqqətə laiqdir” – deyə Milli Tibbi Tədqiqatlar İnstitutunun direktoru Mark Samuels bildirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən QİÇS, ölüm səbəbləri siyahısında 5-ci yeri tutur. Dünyada 37 milyondan çox QİÇS xəstəliyinə yoluxmuş insan var. Onların çox hissəsi isə Afrikada yaşayır.