Dünyadan kənarda 4 ildə 17 siqnal alınıb. Bu siqnallar yadplanetlilərə işarə ola bilərmi?

1172

Elm adamları kosmosdan altı siqnal aldıqlarını bildiriblər. Həmin bölgədən 2012-ci ildən bəri davamlı olaraq siqnalların gəlməsi alimlərin diqqətini özünə cəlb edib. Vəziyyət belə olduqda hər kəsin ağlına ilk növbədə yadplanetlilər gəlir.

Bildiyiniz kimi alimlər artıq uzun zamandan bəri qalaktikada insan cəmiyyətindən başqa yaşayışın olub-olmaması haqda araşdırma aparmaqdadır. 2012-ci ildən bu günədək belə davamlı siqnalın alınması dünyadan başqa planetlərdə də yaşamın olması fikrini bir qədər güclədirir. Araşdırmaçılar 4 ildə 17 belə siqnal aldıqlarını bildirirlər. Onların dünyadan kənarda ayrı yaşayış şəraitinə sahib varlıqlar fikri belə siqnallardan sonra daha da güclənib.


ABŞ-dakı Green Bank teleskopu ilə ortaya çıxan bu siqnalların nə mənaya gəldiyini demək hələ ki, mümkün deyil, ancaq bu siqnalların başqa səbəblərdən də ortaya çıxması faktı da ehtimal olunur. Ehtimala görə bu siqnallar təbii səbəblərdən ortaya çıxan radio dalğaları da ola bilər.

Bundan əlavə Fast Radio Bursts (FRBs) olaraq adlandırılan bu siqnalların, təbii yollardan əmələ gəlməyəcək qədər böyük enerjiyə sahib olduğu vurğulanarkən, elm adamları başqa bir qalaktikada yaşayan və bizə siqnallar göndərən yad bir mədəniyyətin olduğu haqda müzakirələr aparırlar.

Gələcəkdə bununla bağlı hansı hadisələrə rast gələcəyimiz isə hamının diqqətini cəlb etməkdə davam edir.