main-post-cover

    Dünyanın ən böyük kiber hücumu: Bütün dünyanın interneti kəsiləcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Keçdiyimiz günlərdə aparılan bir tədqiqat sonunda ortaya çıxan nəticələrə görə, interneti tamamilə çökərdəcək həcmdə kiber hücumlar yoxlanılır!

    Daha əvvəl yaşanmış bütün kiber hücumları bir kənara buraxın və interneti ortadan qaldıra biləcək bir hücum düşünün. Film ssenarisi kimi görünən bu vəziyyət əslində həqiqətdir.
    "İnternetsiz dünya”, günümüzün dünyası üçün yaşana biləcək ən xaos vəziyyətlərdən biridir. Bütün iqtisadi fəaliyyətlər başda olmaq üzərə bütün dünya düzəni bir neçə saniyə içərisində yox olsa nələr ola biləcəyini təxmin etmək çox da çətin olmaz.
    "Technote.az”ın "Techworm”a istinadən verdiyi xəbərə görə təhlükəsizlik tədqiqatçısı olan Bryus Şneyer, apardığı bir tədqiqat ilə bütün dünyanı şok edəcək məlumatları əldə etdiyini açıqladı.
    Bryus, interneti tamamilə ortadan qaldıracaq həcmdə kiber hücumların yoxlanıldığını açıqladı. Yeni nəsil silahlar olaraq istifadə ediləcəyi düşünülən bu hücumlar, şəxsiləşdirilərək ölkələrə qarşı hücumlara çevrilə bilər.
    Bu tərz bir hücumda qarşı ölkənin bütün internet şəbəkəsi, hücum bitənə qədər kəsiləcək və ölkənin müdafiəsinin çox böyük bir qismi istifadəyə yararsız hala düşəcək.

    Qorxu filmi ssenarisi kimi görünən sistemləri kimlərin yoxladığı haqqında hələki dəqiq bir məlumatımız yoxdur, lakin hələki Çin və ABŞ tərəfindən dəstəklənən iki rəqib komandanın bu işi planladığı düşünülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər