Dünyanın ən gizli internet təşkilatı olan Cicada 3301
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Dünyanın ən sirli internet təşkilatı: Cicada 3301
5
ildir fəaliyyətdə olmasına baxmayaraq bu təşkilat internet dünyasının ən sirli təşkilatına çevrilib.
Cicada 3301 haqqında məlumatlar.
Bu günə
qədər internet dünyasında kimliyi məlum olmayan yüzlərlə gizli təşkilat
adları və onların hansı fəaliyyətlə məşğul olduqlarını eşitmişik. Lakin bəhs edəcəyimiz internet təşkilat "Cicada 3301" haqqında böyük ehtimalla bu günə qədər eşitməmisiniz. Təşkilat olaraq qəbul
edilən "Cicada 3301" əslində o qədər gizlidir ki, bir nəfərdən yoxsa bir qrupdan ibarət olduğu haqda hələki bir məlumat yoxdur. Bu təşkilat heç kimi hack etmir,
təhlükəsizliyini qorumur ya da kiminsə pullarını oğurlamır.
Klassik
hacker hadisələrinin xaricinə çıxan bu sirli qrupun etdiyi tək şey internetin ən
çətin gizli mesajlarını və kodlarını aça bilən insanları təsbit etməkdir.
Bu təşkilatın arxasındakılar kimlərdir?
Edilən təxminlər
dəqiq bir şəkildə bir adamı yada qrupu işarə etməsə də ancaq təşkilatın
arxasında bəzi iddialara görə Massonlar, İlluminatı, ABŞ höküməti yaxud da Anonymous qrupunun olduğu deyilir. Açığı dəqiq bir şəkildə bu təşkilatı
kimlərin yaratdığını bilmək çətindir. Lakin tək bildiyimiz, bu təşkilatda
dünyanın ən ağıllı insanlarının yer almalarıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək