main-post-cover

    Dünyanın ən kiçik selfi çubuğu (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Indiegogo-da, Hey Stick adlı dünyanın ən balaca selfi çubuğu üçü vəsaitin toplanması kampaniyasına start verilib.

    Yeni selfi çubuğu vasitəsilə istifadəçilər video, müxtəlif növ selfilər çəkə və dostları, qohumları ilə videogörüntü üzərindən ünsiyyət qura biləcəklər. Cihaz Bluetooth özəlliyinə və idarəetmə pultuna sahib olacaq. Selfi çubuğunun uzunluğu 16 sm, enliyi 6.5 sm, diametri 1.9 sm, çəkisi isə 95 qr-dır. Tam açılmış vəziyyətdə onun uzunluğu 65 sm-ə kimi çatır. O, alüminiumdan hazırlanıb və xarici görünüşünə görə dodaq boyasını xatırladır. Mini selfi çubuğu, Kanadanın Hey World adlı startapı hazırlayıb. Startapın sözlərinə əsasən öz kiçik və dəbli görününşünə görə Hey Stick cihazını istənilən yerdə, hətta cibinizdə belə gəzdirə bilərsiniz. Əgər Indiegogo-da vəsaitin toplanması kampaniyası uğurla başa çatsa, Hey Stick gələn ilin Fevral ayında 19$ qiymətinə satışa çıxacaq. Statik selfi, video çəkilişlər və videogörüntü üzərindən ünsiyyət üçün nəzərdə tutulmuş ştativi isə ayrıca 9$-a əldə etmək lazım gələcək.

    Linki kopyala