main-post-cover

    Dünyanın ən məşhur mobil tanışlıq servisi Tinder-in web versiyası gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın ən məşhur tanışlıq mobil tətbiqi olan Tinder, öz web versiyasını təqdim edib.

    Tinder Online adlı tətbiq məhz kompüterlər üçün nəzərdə tutulub və elə optimallaşdırılıb ki, istifadəçi özünə yaxın bildiyi insanı kompüter qarşısında oturan zaman belə tapa bilsin. Tinder Online da mobil versiya kimi Facebook hesabı vasitəsilə girişi tələb edir və mobil versiyada olan Tinder BoostTinder Like kimi ödənişli funksiyaları aktiv etməyib. Tinder-in məhsul şöbəsinin rəhbəri Brian Norgard-ın sözlərinə əsasən Tinder Online, məhz inkişafda olan bazarlardakı insanlar və mobil telefonlarında lazımi qədər yaddaş yeri olmayan (tətbiqin iOS versiyası 128 MB yer tutur) şəxslər üçün nəzərdə tutulub. Bundan əlafvə olaraq tətbiqin web versiyası, aktiv Tinder istifadəçiləri üçün də istifadədə rahat olacaq. Belə ki, kompüter vasitəsilə gələn ismarıclara cavab vermək daha rahatdır.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər