Dünyanın ən pis rəngi

1012

Rənglərin psixologiyaya təsiri artıq hamıya məlumdur. Məsələn, mavi rəngin sakitlik verdiyi, qırmızı rəngin təhlükə və adrenalin yüksəlməsinə səbəb olduğu, yaşılın insana rahatlıq verməsi artıq təstiqlənmiş faktdır. Əgər rənglərin insana təsiri bu qədər böyükdürsə, onda ən pis təsir edən rəng hansıdır?

Şirkətlər rəng seçimində çox seçici olurlar. Buna səbəb isə satın almada rənglərin böyük önəm daşımasıdır. Beləki, insanların 85%-i bir məhsulu almadan əvvəl ilk öncə rənginə baxaraq alıb-almayacaqlarına qərar verirlər.

Rənglərin müştəri psixologiaysına təsiri

Avstraliya höküməti satın almada rənglərin müştəri psixologiyasına təsirini araşdırmaq qərarına gəlib. Araşdırma şirkəti olan GfK ən sevilməyən, ən pis qəbul edilən rəngin seçilməsində və bu rəngin siqaret qutularında istifadəyə sərfəli olacağı qənaətinə gəliblər. 3ay davam edən araşdırmalardan sonra dünyanın ən çirkin rəngi "yaşıla çalan palçıq qəhvə rəngi”seçilib və bu rəngin Pantone 448 C olduğu ortaya çıxıb. Araşdırmalarda iştirak edən 1000-dən çox siqaret aludəçisinin rəngə baxdıqda nə hiss etdikləri soruşulub. Onlar isə cavablıarında ”kir”,”ölüm”, ”zülmət” olaraq cavablandırıblar.


Beləliklə, Rəngin adı :Pantone 448 C

RGB:74 65 42

HEX:4A412A

CMYK:33 43 80 82

Bu rəng Avstraliyada tütün və digər məhsul paketlərində istifadə olunduqdan sonra məhsul satışlarında ciddi azalma olub. Avstraliyanın sonra İngiltərə, Fransa və başqa avropa ölkələri də bu üsuldan istifadə edəcəklərini açıqlayıblar.