Dünyanın ən sürətli elektromobili (VİDEO)

113

Formula-E növ avtomobil yarışlarında iştirak edən "NextEv” şirkəti dünyanın ən sürətli elektromobil modeli olan NIO EP9-u təqdim edib.

Qeyd etmək lazımdır ki, bu yarış növü yalnız elektromobillər arasında keçirilir. Tıəqdim olunmuş yeni model elektromobil isə 4 Noyabr tarixində Circuit Paul Ricard adlı yarış yolunu 1 dəqiqə 52.78 saniyə ərzində keçərək yeni dünya rekorduna imza atıb. "Technote.az"ın "Hi-news.ru"a istinadən vediyi xəbərə əsasən daha əvvəl bu yarış yolunda dünya rekordunu qırmış avtomobil bunu 2 dəqiqəyə etmişdi. Dünyanın ən sürətli elektromobili NIO EP9, ümumi gücü 1 meqavat olan 4 avtonom mühərrik ilə təchiz olunub. Hər bir mühərrik özünün sürət qutusuna sahibdir. Elektromobil saatda 200 km sürəti 7.1 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 313 km-dir. Elektromobilin enerji batareyaları şarjsız, 430 km yol qət etməyə imkan verir. Əgər batareyalaın şarja ehtiyacı olsa belə buna maksimum 45 dəqiqə vaxt sərf olunacaq. Elektromobilin gövdəsi tamamilə yüngül karbon liflərdən hazırlanıb.