Dünyanın ən sürətli və qeyri-adi velosipedi (VİDEO)

194

"AeroVelo” şirkəti dünyanın ən sürətli və qeyri-adi velosipedini yaradıb.

Velosiped Eta adlanır. Səhralıqda keçirilmiş testlərdə velosiped saatda 145 km sürət yığıb. Velosipedin xarici görünüşü ona görə qeyri-adi tərzdə yaradılıb ki, aerodinamik xüsusiyyətləri yaxşılaşdıraraq velosiped üçün maksimal sürəti təmin etsin. "Technote.az”ın "Gagadget.ru”a istinadən verdiyi xəbərə əsasən velosipedin daxili daha qeyri-adi quruluşa və kompüterə sahibdir. İlk görünüşdən görünməsə də əslində pilot maksimal sürətin əldə olunması üçün çox rahat şəkildə velosipeddə yerləşir. Həmçinin velosipedin daxilində olan sistemlər hansı vaxtda, necə və hansı gücnən pedalları fırlatmaq lazım olduğunu bildrir. Məhz quruluş, material və kompüter məsləhətləri sayəsində velosipedin yaradıcıları bu cür sürət əldə edərək dünya rekorduna imza atıblar. Onlar velosipedin sistemini təkmilləşdirməyə hazırlaşırlar və 2017-ci ildə daha bir rekorda imza atacaqlar.