main-post-cover

    Dünyanın ən yaxşı proqramçılarının yetişdiyi ölkələr təyin olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Bütün dünyadan hackerlərin sevimli sosial platforması olan HackerRank bütün ölkələr üzrə qiymətləndirmə apararaq ən intellektual proqramçılara sahib ölkələri seçməyə çalışıb. Reytinq cədvəlini təyin etmək üçün HackerRank alqoritm, süni zəka, verilənlərin bazası, maşın dili və s. ilə əlaqədar müxtəlif məzmunlu tapşırıqlar verib. Bu tapşırıqların Python, C++, Ruby və s. proqramlaşdırma dillərinin köməyilə həll olunması tələb olunub. Beləliklə, məlum olub ki, ən yaxşı proqramçılar Çindədir. Belə ki, çinli proqramçılar ən yaxşı riyazıyyatçı olmaqla yanaşı, funksional proqramlaşmada və verilənlər bazası ilə bağlı suallarda daha yaxşı nəticə əldə ediblər. Beləliklə, ilk pillədə Çin, ikinci yerdə Rusiya, sonrakı yerlərdə isə növbə ilə Polşa, İsveçrə, Macarıstan yer alıb. İnkişaf etmiş ölkələr olan Almaniya 14-cü, Amerika 28-ci və İngiltərə 29-cu yerləri əhatə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər