main-post-cover

    Dünyanın fərqli ölkələrində eyni anda 34 Hacker böyük bir əməliyyatla həbs edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ddos hücumlarından məsul olduqları təsbit edilən 34 hacker dünyanın fərqli şəhərlərində eyni anda həbs edildi.

    Məktəbdə sevdiyi qızla danışan dostunu, ona pis qiymət verən müəllimini, münaqişə yaşadığı şirkətin web saytını... Gənclər üçün kiber hücum hazırlamağın bəhanəsi tükənmir. Ancaq bu dəfə hadisəyə polis qarışdı, həm də beynəlxalq bir əməliyyat ilə...

    Avropa ABŞ polis təşkilatları, Europol FBI, ortaq hazırladıqları əməliyyat ilə, 20 yaşdan kiçik 34 gənci, ddos hücumları hazırlamaq üçün hacker kirayələdikləri səbəbi ilə həbs etdi.
    Həbs edilən gənclərin çoxunun məktəbli olması və əslində rəqəmsal hücumlar hazırlaya biləcək texniki savadlarının olmaması da gözdən qaçmayıb.

    Əməliyyat üçün dünya çərçivəsində bir ortaqlıq edildi və ddos hücumları üçün hacker kirayələyən şəxslər təsbit edildi. Bu şəxslərin etdikləri hücumlar barədə məlumatlar ələ keçirildi və həbs qərarları hazırlandı. 
    Əməliyyatda, Avstraliya, Belçika, Fransa, Macarıstan, Litva, Hollandiya, Norveç, Portuqaliya, Rumınya, İsveç, İspaniya, İngiltərə ABŞ-dan 34 gənc həbs edildi.

    67 şəxs isə əlavə olaraq sorğuya çəkildi ancaq həbs edilməyə kifayət edəcək sübut və məlumat olmadığı üçün sərbəst buraxıldılar.

    Köhnə sevgilisindən intiqam almaq istəyən, sevmədiyi müəlliminin kompüterini çökdürmək və ya xoşlanmadığı bir nəfərin hazırladığı mobil tətbiqetməni bombalamaq istəyən bu 34 gənc indi bir ömür boyu özlərini izləyəcək cəzalar alabiləcəkləri yorucu və ağır məhkəmə prosesindən keçəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər