main-post-cover

    Məşhur futbol oyunu FIFA-nı hack edib üç ildə 18 Milyon dollar qazandılar

    Digər
    07.05.2017
    Farid Pardashunas
     

    "Electronic Arts”ın boşluğunu tapan kiber piratlar, oyunun alqoritmini dəyişdirərək FIFA oyunlarını oynanmış kimi göstərib, qanunsuz yollarla milyonlar qazandılar.

    ABŞ-ın daxili kəşfiyyat və təhlükəsizlik gücü olan FBI, bir qrup hackerin fırıldaqçılıq yolu ilə oyun istehsalçısı və paylayıcısı "Electronic Arts”dan pul oğurladığına inanır və məhkəmə də cinayət işini artıq başladıb.
     
    Dünən səhər Amerikanın Texas ştatındakı şübhəli Anthony Clark, üç fərqli hackerə kömək etdiyi səbəbi ilə məhkəməyə çıxarkən, şübhəlilərin "Electronic Arts" serverlərində FIFA coin toplayaraq bunları Avropa və Çin qara bazarında qanunsuz yollarla satdığına inanılır. FBI-a görə Anthony Clark və adamları bu üsulla 15-18 milyon dollar arası bir pul əldə ediblər.
    FIFA-dakı coin sistemi bilindiyi kimi "Electronic Arts"ın məşhur futbol oyunu seriyasında oyun içindəki ödəniş valyutası kimi istifadə edilir və oyunları tamamlayaraq və ya real pullar ödəyərək əldə edilir. Buna baxmayaraq üçüncü tərəf satıcılar bu məhsulun illeqal satışını reallaşdıraraq ciddi miqdarda pullar qazanırlar.
    FBI iddialarına görə Clark və dostları bir tətbiq hazırladılar və bu formada "Electronic Arts" serverlərinə saxta siqnallar göndərərək futbol oyunlarını oynanmış kimi göstərdilər. Bu üsula 2013-cü ildə başlandı və 17 Sentyabr 2015-ə qədər davam etdi.
    Anthony Clarkla yanaşı Ricky Miller, Nicholas Castellucci və Eaton Zveare kimi hackerlərin adı da iddianamədə əks edilərkən, Clarkın bank hesabındakı 2.8 milyon dollar dondurulub. Həmçinin Miller, Zveare və Castellucci adlı fırıldaqçıların da 2014-cü ildə Lamborghini kimi lüks avtomobillər aldıqları təsbit edilib.
    "Electronic Arts" təhlükəsizlik komandasının da şahidlik edəcəyi məhkəmənin nə qədər davam edəcəyi isə hələki məlum deyil.
    Linki kopyala