"Ebay", "Aliexpress" saytlarında alış-verişə hansı halda vergi tətbiq olunur? (YENİLƏNDİ)
Tech-Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergisi ağıllarda sual yaratmaq üçün kifayət etdi.
Vergilər Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minəcək dəyişikliklər barədə məlumat
yayımlanıb. Dəyişikliklərə əsasən məcəllənin 168.1.5, 169.1, 169.3 maddələri
virtual aləmdə ƏDV-nin tətbiqini tənzimləyir. Otel xidmətləri və aviabiletlərin sifarişi
üzrə xidmətlər istisna olmaqla digər xidmətlərə görə xaricə edilən ödənişlərə
ƏDV tətbiq olunacaq.
Bu dəyişikliyə diqqət edəsi olsaq, o zaman fiziki məhsulların alış-verişi zamanı 18% ƏDV-nin tətbiq olunmayacağını görə bilərik. Yəni, çox saylı
sosial şəbəkə istifadəçilərinin paylaşımlarında qeyd etdikləri kimi Ebay,
Amazon, Aliexpress və s. kimi saytlardan alınan məhsullar üçün 18% ƏDV-nin tətbiq
edilməsi xəbəri əsassızdır.
Lakin biraz daha dərinə gedərək kiçik bir xırdalığı nəzərinizə çatdırmaq istəyirik. Beləki, yeni dəyişikliklərə əsasən Azərbaycan
Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron
pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank
həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi
tutur. Bu hala misal olaraq : Azərbaycan vətəndaşının, xarici bir vətəndaşın PayPal hesabına pul köçürməsini nəzərdə tuta bilərik. Bu köçürmənin səbəbindən
asılı olmayaraq, ödənişin 10%-i pul köçürənin hesabından vergi olaraq tutulacaqdır.
Ebay və Aliexpress kimi saytları nümunə götürəcək olsaq
isə, alıcılar, 18% ƏDV-nin tətbiq olunmayacağı bu saytlarda, 10%-lik vergiyə cəlb
olunacaqlar. İzah edəsi olsaq, ödənişlərini kredit / depozit kartıyla edən istifadəçilər,
ödəniş zamanı uyğun olaraq PayPal və AliPay-in merçant sistemindən istifadə
olunduğu üçün 10%-lik vergini ödəmək məcburiyyətində qalırlar.
Vergilər Nazirliyindən və Banklardan birindən aldığımız məlumata əsasən, alıcıların məhsul sifariş verdikləri Ebay və Aliexpress saytlarının ödənişi müvafiq olaraq PayPal və Aliexpress vasitəsilə reallaşdırılsa da, bank ödəniş əməliyyatı zamanı məhsulların bu saytlardan alındığını və PayPal ilə Aliexpress-in bu ödənişdə sadəcə merçant rolu oynadığını təyin edə bilir. Beləliklə, alışveriş zamanı 10%-lik vergi tutulmur və bu vergi tutulması sadəcə Pul kisələrinə birbaşa ödəniş zamanı tutulur.
Yeni dəyişikliklərin bəzi istifadəçilər tərəfindən tam olaraq
anlaşılmaması səbəbindən sosial şəbəkələrdə fərqli şərhlər görə bilirik. Ümid
edirik, qısaca olaraq izah etməyə çalışdığımız bu iki məqam problemli müzakirələrin
sonlanmasına səbəb ola bilər.
Əlavə olaraq bir daha qeyd edək ki, bu haqda məlumatları Vergilər Nazirliyindən və Banklardan birindən almışıq.
Linki kopyala
Həftənin xəbərləri
"Premium" dizayna malik uyğun qiymətli smartfon: HONOR X8b bizə nələri vəd edir?
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək