eBay-da adi bir stəkan rekord qiymətə satışa çıxarılıb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
eBay-da bir çox əşyalar satışa çıxarılsa da bu dəfə satışa çıxarılan əşya bir qədər digərlərindən fərqlənir
Xaricilər hər zaman fanatı olduqları şəxsin
istifadə olunmuş əşyalarını rekord qiymətə alırlar. Bu dəfə ki, belə əşyalardan
biri Justin Bieber-ə aid stəkandır. Daha doğrusu Justin getdiyi oteldə süd içib
və onun fanat ordusunun çoxluğunu nəzərə alan bir şəxs eBay-da süd stəkanını
satışa çıxarıb.
İlkin məbləğ olaraq 10 Avro təyin edilən stəkanın
sonradan qiyməti 80.088.27$-a qədər qalxıb. Stəkanın qeyri-adi bir tərəfi yoxdur.
Sadəcə Justin stəkanda süd içib. Adamın bu qədər fanat ordusu olduğunu nəzərə
alsaq təəccüblənmək yersiz olar. Satışı edən şəxsin indiyə qədər etdiyi
satışlardan müsbət rəylər gəldiyi üçün stəkanın Justinin istifadə etdiyi stəkan
olduğuna da inananlar az olmayıb.
Nə demək olar, Allah başqa dərd verməsin. Sizdə
Justini bu qədər çox sevirsinizsə və hərracda iştirak etmək istəyirsinizsə,
bildirək ki, hərracın bitməsinə 2 gün var. Yəni tələssəz ala bilərsiniz. Daha ətraflı
tanış olmaq istəyən burdan baxa bilər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!