main-post-cover

    Ehtiyyatlı olun. Adi router vasitəsilə məlumatlarınız oğurlana bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Miçiqan ştatı universitetinin alimləri adi router ilə istifadəçinin klaviaturada nə çap etdiyini öyrənməyin yolunu göstəriblər. Sözügedən texnologiya vasitəsilə login, şifrələr, bank kartları məlumatlarını və s. öyrənmək olar.

    Klaviaturada hansı düymələrin kliklənməsini Wi-Fi siqnalın minimal şəkildə təhrif olunduğu yerlərdə müəyyən etmək olur. Məsələn insanların və onların hərəkətlərinin az olduğu kiçik ofislərdə. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən WiKey təcrübəsində TP-Link TL-WR1043NDrouterindən və Lenovo noutbukundan istifadə edilib. Kənar heç bir texnologiyadan istifadə edilməyib. Düymələrin kliklənməsini müəyyən etməyə kömək edən MIMO (Multiple-InputMultiple-Output) texnologiyası olub. Routerin hər bir anteni bir kanal üzrə bir neçə Wi-Fi siqnalı ötürüb. Siqnallar otaqda yayılan zaman onlar ətraf mühitin xəritəsini yaradırdılar.
    İnsan əli tərpəndikdə Wi-Fi siqnal müəyyən dərəcədə təhrif olunur. Bununla yanaşı düymə üçün hər bir hərəkət şablonu xüsusidir. Kliklənmiş düymələrin dəqiq təyini 97.5% təşkil edib. Təbii ki, bu cür yüksək nəticələr ideal şəraitdəki təcrübə zamanı əldə edilmişdir. Yəni istifadəçi klaviaturada ləng çap edirdi və otaqda heç kim yox idi. Real şəraitdə isə sistemin göstəricisi 77.43-93.47% aralığında dəyişirdi. Bu texnologiyanın bir mənfi cəhəti var. Əgər 3 nəfər şəxs bir-birilərinə yaxın məsafədə otursalar və eyni anda klaviaturada çap etməyə başlasalar onda WiKey işin öhdəsindən gəlməyəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər