Ehtiyyatlı olun. Nəyə görə Google Play-də tətbiqlərin reytinqinə güvənmək olmaz?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Kaspersky Lab” dələduzluqla məşqul olan istehsalçıların yaratdıqları tətbiqlərə necə saxta yüklənmə və qiymətləndirmə sayı əlavə etdiklərini müəyyən edib.
Tətbiq haqqında ilkin fikir 3 parametr üzərində qurulur.
Yüklənmə sayı, rəy sayı və ortalama xal. Bu parametrləri dəyişmək çox asandır. Bədəməl
şəxslər ilk öncə troyan viruslarını yayırlar. Həmin troyanlar smartfon və ya
planşetə daxil olandan sonra sistem funksiyaları üzərində root girişə sahib
olurlar. Beləliklə troyanlar Google Play istifadəçisinin login və şifrələrini
oğurlayaraq fon rejimində tətbiqi qiymətləndirir və onun haqqında hətta rəy belə
yazırlar. Troyan viruslar adətən cihazlara Google Play-dən kənar keçərək daxil
olurlar. Məsələn istifadəçi hansısa sayta daxil olan zaman onun qarşısına çıxan
"faydalı tətbiq” tip başlıqlı reklamlara daxil olub tətbiqi yüklədikdə
troyanlar cihaza daxil olurlar. Sözügedən viruslar hətta Google Play-ə bağlı
bank kartı vasitəsilə alış-veriş də edə bilərlər. Beləliklə həmçinin pullu tətbiqlərin
də reytinqi qaldırıla bilər.
"Kaspersky Lab” faydalı tətbiq adı ilə təqdim olunmuş zərərli
tətbiqləri aşkar etmək üsullarını təqdm edib.
1. Məşhur və sınanmış istehsalçılar tərəfindən yüklənən tətbiqlərə
üstünlük verin. Bu cür istehsalçıların Google Play hesablarının yanında kiçik
göy romb işarəsi olur. Bəzən həmin işarə olmaya bilər. Lakin istehsalçının
adını dəfələrlə eşitmiş ola bilərsiniz. Bu halda internetdə həmin istehsalçı ilə
bağlı biraz araşdırma aparın. Öyrənin ki, onun haqqında nələr yazırlar.
2. Rəyləri oxuyun. Faydalı tətbiqlərin altında çox güman ki,
birmənalı "Əladır. Hər şey lazımi səviyyədədir. Əhsən” tipli rəylər olacaq.
Lakin bundan əlavə olaraq həmin rəylərdən daha fərqli, yəni şablon sözlərdən
istifadə olunmayan rəylər də olacaq. Məhz bu cür rəylərə əsasən tətbiq haqqında
müəyyən təsvir yaratmaq olar.
3. Öz Android cihazınızda "təhlükəsizlik qərarı” funksiyasını
aktiv edin. Google Play-dən zərərli tətbiqlərin yüklənmə ehtimalı az olsa da bu
cür tətbiqlər SMS və reklamlar sayəsində aktiv şəkildə yayılır. Özünüz də bilmədən
bu cür tələlərə düşməmək üçün hər ehtimala qarşı sığortalanmaq lazımdır.
"Kaspersky Lab” tətbiqlərin reytinqlərinin qaldırılmasını
yalnız viruslar sayəsində göstərib. Lakin digər üsullar da mövcuddur. Məsələn
müəyyən servislərin, istifadəçiləri bəzi əmrləri yerinə yetirilməsinə məcbur etmək
kimi üsulları qeyd etmək olar. Bu cür servislər tətbiqlərin irəli getməsi üçün
istehsalçılardan müəyyən vəsait alırlar. Bununla belə reytinqin hansı üsulla
qaldırılacağı haqqında məlumat verilmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək